Ramil Usubov yeni tapşırıqlar verdi

  • 30 may 2015, 20:38

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov mayın 30-da Bərdə rayon polis şöbəsində polis orqanlarının fəaliyyətilə bağlı məsələlərlə əlaqədar növbəti qəbul keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qəbulda Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd, Goranboy, Naftalan, Xocalı şəhər və rayonlarından olan sakinlərin, həmçinin, qaçqın və məcburi köçkünlərin bir qrupu iştirak edib.

Nazir vətəndaşları narahat edən problemlərin operativ, qanunvericiliyə uyğun şəkildə həlli üçün tədbirdə iştirak edən Nazirliyin aidiyyatı Baş İdarə, idarə və adları çəkilən ərazi polis orqanlarının rəislərinə konkret tapşırıqlar verib. Polis fəaliyyətinə aid olan müraciətlərin böyük əksəriyyəti yerindəcə öz həllini tapıb, digər ərizələrin müvafiq dövlət qurumlarına göndəriləcəyi diqqətə çatdırılıb.

Eyni zamanda, həmin şəhər və rayonlarda yaşayan, polisin sıravi və kiçik rəis heyəti vəzifələrində və Daxili Qoşunların sıralarında xidmət etmək arzusunda olan 930 nəfər qəbulda iştirak edib. Onların arasından xidmətə daha yararlı və hazırlıqlı 100 gənc seçilib. Sənədlərinin hazırlanması üçün aidiyyatı xidmətlərin rəhbərlərinə müvafiq göstəriş verilib.

 
 
Oxşar xəbərlər