Xəbər lenti
Bütün xəbərlər

Gəncədə leysan — İşıq kəsildi

  • 28 may 2015, 21:20


 

Bu gün saat 18:00 radələrindən Gəncədə güclü küləklə müşahidə olunan leysan yağışı yağıb. 

Bir neçə dəqiqə davam edən güclü yağışla əlaqədar şəhərin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranıb.

"Azərişıq” ASC-nin Gəncə Regional Nümayəndəliyindən verilən məlumata görə, elektirk enerjisində məhdudiyyət yaranmasına səbəb Şəmkir SES-də baş verən qəzadır. Leysan şəhərin küçə və prospektlərində avtomobillərin hərəkətini çətinləşdirib. Şəhərin müvafiq strukturları gücləndirilmiş iş rejiminə keçib.

Oxşar xəbərlər