Niyazi Bayramovun passiv idarəçiliyi Gəncədə zibilliklər yaradır - FOTOGİLEY
- 18 iyun 2022, 20:27
Gəncədə bərbad yollar, üfunət bürüyən zibilliklər problemi hələ də öz həllini tapmır. Əksinə, gün keçdikcə ayrı-ayrı sakinlərin haqlı iradlarının sayı artır, şəhərin mərkəzi hissələrində belə primitiv nöqsanlar göz oxşayır.
Demokratik.Az-ın məlumatına görə, hazırda şəhər Kommunal təsərrüfatı istehsalat birliyinin fəaliyyəti acınacaqlıdır. Hər gün bu qurumun fəaliyyətsizliyi və özbaşınalığına dair faktlar yayılır.
Feysbuk-da "Gəncə və Gəncəlilər" qrupunda Abdulla Alısoy adlı sakin yazır: "Bura Heydər Əliyev prospektidir. (köhnə Ş.İ.Xətai) Priborun yanında zibilin qoxusundan ağcaqanadın əlindən imkan yoxdur, biabırçı vəziyyətdir. 1 həftədir gəlib yığışdıran yoxdur".
Maraqlıdır, şəhərin sözügedən problemlərinə ayrılan milyonlar indi hara sərf edilir, kommunal xidmət adı ilə əhalidən toplanan pulları bəs kim yeyir ki, hələ də zibilliklərin varlığından danışılır?
Demokratik.Az