Azərbaycanda çalışmış məşhur türk müəllim vəfat etdi

  • 13 iyun 2022, 09:13
Uzun illərdir Azərbaycanda pedoqoji fəaliyyət göstərən türkiyəli müəllim Aziz Çankaya vəfat edib.
Demokratik.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bir müddət Bakı Ali Neft Məktəbində İngilis dili və Humanitar Fənlər Mərkəzinin baş müəllimi kimi fəaliyyət göstərən pedaqoq ötən gün dünyasını dəyişib.
Qeyd edək ki, Aziz Çankaya 90-cı illərin əvvəllərindən Azərbaycanda fəaliyyət göstərib.
O, daha əvvəl Qafqaz Universitetində (hazırkı Bakı Mühəndislik Universiteti) müxtəlif vəzifələrdə işləyib.
Aziz Çankaya tələbələr arasında yüksək reytinqli və sevilən müəllimlərdən biri kimi tanınıb.
Oxşar xəbərlər