Demokratik TV
GDU-da yaz imtahan sessiyası davam edir - MEDİA TUR keçirilib
Gəncə Dövlət Universitetində (bundan sonra - GDU) 2021-2022-ci tədris ili üzrə yaz imtahan sessiyası davam etdirilir.
İyunun 1-dən etibarən universitetdə təhsilin hər iki səviyyələrində əyani təhsil forması üzrə ixtisaslarda yaz imtahan sessiyası başlayıb. Tələbələr yazılı, test, xüsusi qabiliyyət tələb edən ixtisaslarda qabiliyyət imtahanlarına cəlb edilirlər.
"Demokratik.Az"-ın məlumatına görə, GDU rəhbərliyi imtahanda şəffaflığın maksimum təmin edilməsi üçün universitetdə ictimai nəzarət şurası yaradılıb.
Bugün - 8 iyun 2022-ci il saat 10-dan etibarən GDU-nun əsas korpusunda "MEDİA TUR" təşkil edilmişdir. İmtahanların gedişini izləyənlər arasında AMEA-nın Gəncə bölməsinin rəhbəri Fuad Əliyev, Milli Məclisin deputatı Pərvin Kərimzadə, yerli jurnalistlər, valideyinlər və şəhərin digər tanınmış ziyalıları ictimai nəzarətçiliyə cəlb edilmişdir. Universitetdə imtahanların izlənilməsinə şərait yaradılmış, qonaqlar GDU rəhbərliyinin müşaiyətilə kompüter otaqlarına baxış keçirmişlər. Ötən illərdən fərqli olaraq, GDU rəhbərliyi tələbələrin də istəyini nəzərə alaraq, builki imtahanların keçirilməsində kompüter test üsuluna üstünlük diqqət çəkmişdir. İmtahanlar Avropa İttifaqının ERASMUS+ proqramının Azərbaycan Universitetlərində keyfiyyətə nəzarət mərkəzlərinin yaradılması və inkişafı EQAC adlı layihəsi çərçivəsində icra olunur. Yeni kurrikulumun tətbiqi pilot layihəsi üzrə hazırlanan Biologiya muallimliyi ixtisasında isə şifahi imtahanlar keçirilir.
"Media tur" çərçivəsində qonaqlara GDU-nun tədris işləri üzrə prorektoru Şahin Xurşidov tərəfindən ətraflı məlumatlar verilib. Universitetdə yaradılan müasir şəraitlə ümumi tanışlıq, eləcə də 44 günlük vətən savaşında şəhid və qazi olmuş GDU tələbələrinin şərəfinə düzəldilmiş xatirə lövhələri, şəhidlərin adına düzəldilmiş tədris otaqları maraqla qarşılanıb.
Prorektor bildirib ki, imtahan sessiyası başlayana qədər təlimata uyğun hazırlıq işləri yerinə yetirilmiş, imtahan otaqları ayrılmış, test imahanlarının keçirilməsi üçün otaqlar kompüterlərlə təchiz edilmişdir. Tələbələrin semestr ərzində topladıqları ballar universitetin serverində elektron formada yerləşdirilmişdir. Yazılı imtahanlar üçün 50 test imtahanları üçün isə müvafiq komissiya tərəfindən öncədən 300-500 sual hazırlanıb. Test suallarının cavabları "A" vanantında əvvəlcədan tələbələrə paylanılıb, tələbələrin imtahana hazırlaşmalarına vaxt verilmişdir.
Valideyinlər və digər qonaqlar universitetdə keçirilən imtahan gedişindən razılıqlarını ifadə ediblər, 2 saatlıq "media tur" xatirə şəkli çəkdirməklə yekunlaşıb.
Onu da bildirək ki, tələbələr imtahanın başa çatması ilə öz imtahan nəticələrini də dərhal öyrənə bilirlər. İmtahan prosesində tələbələri narahat edən və narazı qaldıqları halda, istənilən suallara cavab tapmaları üçün həm universitet üzrə "imtahan qəraragahı" ilə, eləcə də Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Qaynar xətt" xidməti ilə əlaqə yaratmaq, baş vermiş neqativ hallar haqqında operativ məlumat ötürmək imkanları mövcuddur.
Yekun Dövlət Attestasiyası Universitet üzrə 22 iyun - 05 iyul 2022-ci il tarixdə təşkil olunacaq.
Demokratik.Az