Demokratik TV
Xəbər lenti
Bakıda Beynəlxalq Sosial Elmlər Konqresi keçirilir
- 02 iyun 2022, 12:55
Azərbaycanda 7-ci Beynəlxalq Sosial Elmlər Konqresi öz işinə başlayıb.
Modern.az xəbər verir ki, tədbir 2-4 iyun tarixində Bakıda keçiriləcək.
Tədbirdə xüsusi qonaq olaraq Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova iştirak edir.
Konqresdə Qarabağın işğaldan azad edilməsi və Xocalı qətliamı kimi məsələlərə diqqət yetiriləcək.
Qeyd edək ki, geniş elmi mövzuları əhatə edən beynəlxalq simpozium təşkil etməklə universitetlər və ölkələr arasında əməkdaşlığı artırmaq, Azərbaycan və Türkiyə alimlərinin hazırladıqları elmi araşdırmaların xaricdə təmsil olunmasını təmin etmək və bu münasibətlə elmə töhfə vermək hədəf olaraq seçilib.
Bundan əlavə, bölgəni tanıtmaq üçün planlaşdırılmış elmi və ictimai səfərlər həyata keçiriləcək. Konqresdə iştirak edəcək alimlərin Azərbaycanın tarixi, mədəni və dini yerlərini görərək, öz sahələrində yeni perspektivlər yarada bilmələrinə şərait yaradılacaq.
Konqresin birinci mərhələsində qəbul edilən məruzələr təqdim olunacaq. İkinci mərhələdə Azərbaycanın və Qarabağ bölgəsinin tarixi və müqəddəs yerləri ziyarət ediləcək. Üçüncü mərhələdə konqresdə təqdim olunan məruzələrin tam mətnləri, qurultay və regionun şəkillərindən ibarət kitab hazırlanaraq həm çap, həm də onlayn olaraq xüsusi buraxılış kimi aidiyyəti şəxslərin diqqətinə təqdim olunacaq.
İctimai elmlərin bütün sahələrinə açıq olacaq bu konqresdə xüsusi mövzu olaraq Qarabağ seçilib. Bundan əlavə, Şuşa, Füzuli kimi tarixi şəhərlərin, Xocalı soyqrımı kimi mövzuların xüsusi araşdırılması planlaşdırılır.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
İlham Əliyevin mətbuat konfransının TAM MƏTNİ
Prezident "Media haqqında" qanunu təsdiqlədi - Tam Mətn
“Media haqqında” qanun layihəsinin tam MƏTNİ
Prezident Cahangir Hacıyevlə ƏIi Abbasovun adını siyahıdan çıxardı
Prezidentlərin imzaladığı Şuşa Bəyannaməsi - TAM MƏTN
Martın 27-si Azərbaycanda Elm Günüdür
"Azərbaycan inkişafını uğurla davam etdirir"
Əli Həsənov Brüsseldə separatizmin təhdidindən danışıb
UNUTMAYAQ! Xocalı faciəsindən 28 il ötür
Qanunlar dəyişdirildi, cəzalar ağırlaşdırıldı
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti