Demokratik TV
Tərtərdəki məcburi köçkün qəsəbəsində binaların su nasosları talanıb, torpaqlar arendaya verilib - SƏSYAZI
Tərtər rayonunda yerləşən Məcburi Köçkünlər qəsəbəsində ciddi özbaşınalıqlar yaşanır. Qəsəbədə məskunlaşmaqla Kommunal istismar və evlər idarəsində işləyən xanım işçi bildirib.
Əmrahova Hicran Nürəddin qızının Demokratik Az-a bildirdiyinə görə, müdirləri Şikar Abbasov və idarənin departament sədri Səbuhi Əhmədov əlbir olaraq qəsəbədəki 34 binanın zirzəmilərində quraçdırılmış, ümumilikdə 68 ədəd yaralı su nasoslarının hamısını qeyri-qanuni yollarla sökərək satıblar və pulunu mənimsəyiblər.
Əmrahovanın iddiasına görə,özünün də içlədiyi idarədə maddi maxinasiyalardan tutmuş, qəsəbədəki torpaq sahələrinin kənar şəxslərə icarəyə verilməsi kimi özbaşınalıqlar yaşanmaqdadır. Şikayətçinin sözlərinə görə, işçilərin bir çoxu nədənsə bank kartı köçürmələrilə deyil, müdirin öz əlindən maaş alır. Eləcə də işə gəlmədən kartla maaş alan, kollektivin tanımadığı adamlar var.
Hicran Əmrahovanın dediyindən aydın olur ki, dedikləri barədə rayon prokurorluğunda da araşdırmalar aparılıb, lakin, nəticəsi şikayətçini qane etməyib. Ona görə də bir müddət əvvəl şikayətçi baş prokuror Kamran Əliyevə də şikayət ərizəsi verib.
Xatırladaq ki, qəsəbə 2017-ci ilin noyabrında istismara verilib və açılışında prezident İlham Əliyev də iştirak edib. Qəsəbə 1170 məcburi köçkün ailəsi üçün salınıb, yaşayış kompleksində yaşam üşün hər cür şərait yaradılıb. Qəsəbədə məcburi köçkünlərdən başqa, mənzillərdə yerli şəxslərin də yaşadığı, evlərin başqa şəxslərə də satıldığı iddia edilir.
Demokratik.Az şikayətçinin redaksiyamıza ictimailəşdirilməsi üçün göndərdiyi SƏSYAZISInı təqdim edir: