Demokratik TV
Zakir Həsənovun “Alfons”u – Orduya ayrılan pullar belə talan olunur (FOTOFAKT)
Dövlət büdcəsini talamaqda yeni mərhələyə - məzələnməyə keçiblər.
Müdafiə Nazirliyinin Gəncədə yerləşən İdeoloji və Mədəniyyət Mərkəzinin 43 270 manatlıq tenderinin qalibi cəmi bir ay əvvəl yaranan “Alfons” MMC olub.
“Yaxşı bilirlər. Sadəcə olaraq artıq vətəndaşlarla məzələnməyə başlayıblar…

Hazırda büdcəyə nəzarət etməli olan deputatların əksəriyyəti 2 il əvvəl “özlərini buraxanlar” və onlara yoldaşlıq edənlərdi. Onlardan nəsə gözləməyin özü axmaqlıq olar.
Bəzən ümid etmək istəyirsən ki, büdcə talançıları insaf edib vətəndaşlara da qəpik-quruşdan saxlayarlar. Ya da ən azından dövlətin strateji qurumlarını bu talana alət etməzlər.
Amma təəssüf ki, hər keçən gün adamı daha çox təəccübləndirirlər…
Müdafiə Nazirliyinin İdeoloji və Mədəniyyət Mərkəzinin keçirdiyi son 4 tenderdə iştirak edən şirkətlərin ən təcrübəlisi (“Çeşmə-MM” MMC) cəmi 3 ay əvvəl yaranıb…

