“Azərsığorta”nın özündən və hüquqşünasından ŞİKAYƏT - "Pulumuzu vermirlə!"

  • 25 may 2022, 20:41

Bakı şəhəri sakini Alı İsgəndərli “Azərsığorta”nın hüquqşünası Fərid Mustafazadənin fəaliyyətindən narazılıq bildirib. Vətəndaşın hüquq mühafizə orqanlarına və Demokratik.Az saytına açqı müraciəti aşağıdakı kimidir:

SİTAT: "Azərsığorta şirkəti bizi ələ salır, uzun illərdir sığorta ödənişini verməməkdən və mənimsəməkdən ötrü min oyundan çıxır. Azərsığortanın məşhur hüquqşünası Fərid Mustafazadəni hüquq-mühafizə orqanlarının nəzarətə götürməsini və haqqında tədbir görülməsini istəyirik. Bu adamın ucbatından respublikada adamlar intihar etmişdir, ailələr dağılmışdır. Bu adamın əməlləri nəticəsində qazilərin dövlətə qarşı narazılığı yaranmışdır. Belə insanlar qəsdən ölkədə Prezidentə və dövlətə qarşı narazılıq yaradırlar ki, çaxnaşma olsun, hökumət devrilsin. Araşdırsaz görərsiz ki... 

Fizuli qaçqını Nərgiz Babayeva 1 ildir ki, Azərsığortaya gəlib gedir, hüquqşünas Fərid Mustafazadə onu süründürərək ələ salır. Qadının ərini 2013-cü ildə Kamaz maşını vururaq öldürüb. Kamaz Azərsığortada sığortalanmışdı, pul hələ 10 il qabaq mərhumun ailəsinə verilməliydi. Lakin, Azərsığorta çoxlu sayda, kütləvi şəkildə vətəndaşları ələ salaraq pullarını döviyyədə saxladığı kimi bu qadının da pulunu vermədi. Nərgiz mənim qohumumdur, özüm də əlil adamam, biz uzun müddətdir yollarda əsir-yesir olmuşuq. Həmin pulu bədnam sığorta şirkətindən ala bilmirik. Bütün Bakıda ad çıxarmış Fərid Mustafazadənin sayəsində pul 10 ildir ki, mərhumun ailəsinə ödənilmirdi, müxtəlif bəhanələr gətirilirdi. Mən özüm də dəfələrlə ofisə getmişəm, Fəridə sərt şəkildə bildirmişəm ki, vətəndaşları ələ salmayın, onların pulunu vaxtında ödəyin, get-gəllərə salıb dövlətdən narazılıq yaratmayın. Fərid Mustafazadə Azərsığortadakı maxinasiyalar hesabına o qədər varlanıb ki, bizi saya salmırdı. 


Bu hüquqşünas Nərgizi ofisə çağırıb bu qaçqın qadını ələ salaraq maskarad yaratmaqdan belə çəkinmir. O qadına ofisdə deyib ki, bu gün sabahlığsan, qoca arvadsan, get öl yerində, sən pulu neynirsən, pul bizim kimi cavanlara lazımdı, bir ayağın gordadı, hələ də pul davası edirsən. Qadının bundan sonra təzyiqi qalxmışdı, biz onu xəstəxanaya apardıq və 3 gün sistem altında qaldı. Bundan sonra mən Fəridə kəskin şəkildə etirazımı bildirdim və Mərkəzi Banka şikayət yazdım.

Məsələ burasındadır ki, Fərid Mustafazadə fırıldaqçılığına görə Azərsığortadan qovulmuş departament direktoru Xəyyam Hətəmovun kadrıdır. Fərid Xəyyamla şərik işləyirdi. Pullar hesabına özlərinə xaricdə çoxlu mal-mülk də almışlar. Nəticədə hüquq-mühafizə orqanlarının müdaxiləsi sayəsində Xəyyam işdən qovuldu, lakin onun sadiq kadrı Fərid Mustafazadə hələ də yerindədir və mənimsəmələri davam etdirir.

Biz Azərsoğrta tərəfindən aldadılmış vətəndaşlar xahiş edirik ki, Fərid Mustafazadənin fəaliyyəti yoxlanılsın. Çoxlu sayda vətəndaşlar aldadılaraq pulları ödənmir ki, onlar tez-tez Azərsığortanın binası önünə gəlirlər, etirazlarını bildirirlər.

Konkret olaraq bu işin özü ilə maraqlanın ki, nəyə görə 2013-cü ildə maşın vuran adamın pulu 10 il gecikdirilib? Onda bütün izlər üzə çıxacaq, sirlər aydınlaşacaq. Milyonlarla pul vətəndaşlara ödənilməli olduğu halda uzun illər dövriyyədə saxlanılır. Vətəndaşlar 5 il, 10 il çabalasalar da Azərsığortadan qanuni haqlarını ala bilmirlər. Halbuki Azərsığorta vətəndaşlardan milyonlarla pul yığır ki, başınıza bir iş gəlsə həmin pulu sizə avtomatik ödəyəcəyik. Lakin həmin pullar vətəndaşlara ödənmək əvəzinə Xəyyam kimilərin, Fərid kimilərin mafiyasının cibinə gedir.

Mən hüquq-mühafizə və media orqanlarından xahiş edirəm ki, Azərsığortanın bədnam hüquqşünası Fərid Mustafazadənin fəaliyyətinə hüquqi qiymət verilsin".-sitatın sonu! 


“Azərsığorta”nın hüquqşünası və şirkət barədə şikayətdə göstərilənlərin dəqiqləşdirilməsi məqsədilə “Azərsığorta"-nın e-mailinə müraciət ünvanladıq. Təəssüf ki, sığorta şirkəti ittihamlara heç bir münasibət bildirmədi.


Demokratik.Az
Oxşar xəbərlər