KƏPƏZ TV-də nələr baş verir? "İstetadlı adamlar işə götürülmür" - ŞİKAYƏT

  • 23 may 2022, 20:26
Gəncədə yerləşməklə ölkənin Qərb bölgəsində yayım həyata keçirən "KƏPƏZ" televiziyasından şikayət var. Belə ki, Yazıçı-publisist Elnur Baxış (Əmirov) Demokratik TV-yə qısa açıqlamasında region televiziyasının fəaliyyətini tənqid edərək televiziyanın kadr seçimlərində ayrıseçkiliyə yol verildiyini, müraciətlər etsə də televiziyada onu işə almadıqlarını bildirir. 
Şikayətçi deyir ki, televiziyada elə bir ab-hava yaradılıb ki, istedadlı adamlar uzaqlaşdırılır, əksinə, savadsız və ali təhsili olmayanlar efir işinə yığılır. Elnur Baxışın iddiasına görə KəpəzTV-də 20-yə yaxın boş iş yeri (vakansiya-red) mövcud olsa da, TV-nin direktoru Fuad Cabbarov özəl işçi xanımlar axtarır. Kim xoşuna gəlirsə, onu da işə götürür.

Elnur Baxış KƏPƏZ TV-də işə götürülməsi üçün yuxarı qurumlardan kömək istəyir.
                       ŞƏKİLDƏKİ - FUAD CABBAROV
Demokratik.Az məsələ ilə əlaqədar KTV ilə telefon əlaqəsi yaradıb, şikayətçinin dediklərinə aydınlıq gətirməyə və dəqiqləşdirməyə çalışıb. Qurumun baş direktoru Fuad Cabbarovla birbaşa əlaqə cəhdimiz qarşı tərəfin fəhmi sayəsində alınmasa da, operator bizi Natiq adlı şəxsə yönəltdi. Aradan saatlar keçsə də, Natiq bəy də öz növbəsində ittihamlara cavab verməməyi üstün tutdu.

Həqiqətən də son illərdəki müşahidə və rəsmi təhlillər göstərir ki, "KƏPƏZ TV" öz fəaliyyətilə 1 milyonluq region əhalisinin heç 5 faizi üçün də baxınaqlı teleməkan ola bilməyib ki, bu da ayrıca müzakirələrin mövzusudur...
Oxşar xəbərlər