Demokratik TV
Gəncənin sabiq məktəb direktoru yenə sərt DANIŞDI: " Gəncə Təhsili uçurumdadır"
Gəncə şəhəri 30 saylı tam orta məktəbinin sabiq direktoru İlham Həsənov təhsil nazirliyinin fəaliyyətindən, xüsusilə də Gəncə Regional Təhsil İdarəsinin rəisi postuna gətirilən, ixtisasca "iqtisadçı" Anar Qədimalıyevin yarıtmaz fəaliyyətindən danışıb.

Xatırladaq ki, İlham Həsənov 2020-ci ildə 65 yaşının tamam olması münasibətilə direktorluqdan kənarlaşdırılıb. İlham Həsənov eyni məzmunlu şikayəti üzrə 36 dəfə ölkə başçısına yazılı şikayət məktublar ünvanlayıb, lakin bir dəfə də cavab almadığını iddia edir.
