Demokratik TV
Daha bir boşanma atanı balalarından zorla ayırdı - Göygöl Məhkəməsindən üzücü VİDEO
Göygöl rayon Məhkəməsində baş tutan daha bir boşanma prosesi atanı balalarından zorla ayırıb. Kimin nə düşünməsindən, necə anlamasından asılı olmayaraq, günahsız körpələr və bütövlükdə cəmiyyət boşanmalardan əziyyət çəkir.

Şikayətçi uşaqlarından ayrı yaşamaq istəmədiyini, boşanmasının səbəblərini də dilə gətirib. Danışığı əsnasında Samux rayon MKTİB-nin rəhbəri Mahir Əliyevin də adını çəkərək bir sıra ittihamlar irəli sürür. Məhkəmə prosesi zamanı Göygöl icra hakimiyyətinin qəyyumluq şöbəsindən də narazı qaldığını bildirir. Ailəsinin dağılmasının səbəbi kimi, keçmiş həyat yoldaşının adının illərlə Samux MKTİB-də işçi kimi yazıldığını, işə getmədən ondan gizlin maaş aldığını, buna görə də boşandığını deyir.
Qətnamənin icrasına sayğımızı ifadə edirik, lakin, çox zaman atasının yanından ayrılmayan azyaşlıların fiziki-psixoloji vəziyyətdə, psixoloqların iştirakı və tərəfləri hazırlamadan bu şəkildə qətnamənin icraçılar tərəfindən qalmaqallı icrası üzücüdür.
Şikayətçinin başına gələnlərin aktual, sosial problem olduğunu nəzərə alaraq, "Demokratik TV"-də yayımlanan videosüjeti təqdim edirik:
