"Göygöl Xəstəxanasının qazon örtüyünü viran qoymaq PREZİDENTƏ XƏYANƏTdir!" - VİDEO

  • 26 apr 2022, 23:08
Göygöl rayon Mərkəzi Xəstəxanasının qazon örtüyünün xeyli hissəsinin məqsədli şəkildə və bilərəkdən sıradan çıxarılması barədə məlumat vermişdik. Rəzilliyi xəstəxananın direktoru Vasif Əliyevin özbaşınalığı və fərsizliyi kimi dəyərləndirmişdik. Səhiyyə müəssisəsinin ərazisində illərlə qorunub saxlanılan yaşıllıq zolaqlarında maşınlar üçün qanunsuz parkovka yerlərinin salınmasına haqlı narazılığımızı, vətəndaşlıq mövqeyimizi bildirmişdik. Lakin və təəssüf olsun ki, Demokratik.Az saytının qaldırdığı bu vacib məsələ TƏBİB, xüsusilə də Göygöl İcra Hakimiyyətinin başbilənləri tərəfindən tərsə yozulmaqla, az qalsın ki, xəbərin "təkzib" olunmasına uğursuz cəhdlərlə müşahidə olundu.
Xəbərin yayımının dərhal ardından, işlərin əsas "günah keçisi"nin savadsız trolları vasitəsilə özünütərifə də güc verməsinin, sosial şəbəkələr və rəsmi açqılamalar səviyyəsində ciddi faktı adiləşdirmək istəyinin, yuxarılardan sanki gizlətməyə çalışılmasının biabırçılıqdan yüngül adı yəqin ki, yoxdur. Hazırda xəstəxananın arxasında tamamilə sıyrılmış qazon örtüyünün yerində yeni ağacların əkilməsinə başlanılması isə sevindirici haldır. Nəticəyə sevinsək də Vasif Əliyevin özbaşına şəkildə həyata keçirmiş olduğu dağıdıcılıq-quruculuq əməllərinə hüquqi qiymətin verilməsi olduqca vacibdir.

Təxmini hesablamalara görə, ölkə başçısının hələ 2009-cu ilin mayında açılışında iştirak etdiyi Göygöl MRX-nin arxa hissəsindəki qazon örtüyünün salınmasına 10 minlərlə manat maddi vəsait sərf olunub. Bundan başqa, son illərdə düzənliyə çevrilmiş ərazinin yaşıl saxlanmasına, minerallarla gübrələnməsinə də vəsaitlər yazılaraq bəlkə də mənimsənilmişdir. Belədirsə, bizim çağırışımızdan sonra ağac əkərək olayı yat-yut etmək istəyənlər vurduqları zərərin məsuliyyətini çəkməməlidirlərmi? Vasif Əliyev indi də ağaclar əkib deyə başına sığal çəkilməlidirmi?

Xüsusi olaraq bildirək ki, 2009-cu ildən bəri xəstəxananın ön hissəsində maşınların dayanması üçün kifayət qədər parketmə yeri mövcuddur.  Sadəcə, girişdə Vasif Əliyevin istəyilə taksilərin lövbər salması və həkim heyətinin bahalı maşınlarını məhz çalışdıqları şöbəyədək sürmək azarı deyilən problemi zərurət edib. Baş verənlər sadəcə qanmazlıq və açıq özbaşınalıqdır. Ən vacibi, anlamalıyıq ki, dağıdılan və indi də ağaclar əkilən qazon örtüyü kiminsə dədəsinin xırmandalı deyildi ki, belə olub. Vasif Əliyev dövlət əmlakına ziyan yetirib qazon örtüyünü sıyırdığı üçün mütləq dövlət babaya cavab verməlidir.
Xəstəxananın arxa qapısından da yolboyu 100 metrlik parketməyə imkanın olması Vasif Əliyevin tamamilə yalan danışdığını, əməli qarşısında çaş-baş qaldığını, xəstəxananın radiologiya şöbəsinin arxasında parketməyə vacibatın əslində olmadığını göstərir.

Oxşar xəbərlər