Valideyindən ŞOK İDDİA! Gəncənin 4 saylı orta məktəbində rus bölməsinin qızları elektron siqaret çəkir

  • 22 apr 2022, 15:46
Gəncə Təhsil İdarəsi şəhərin M.Mehdizadə adına 4 saylı tam orta məktəbində maraqlı araşdırmaya başlayıb.
Demokratik.Az saytının əldə etdiyi məlumata görə, təhsil müdiri Anar Qədimalıyev sosial şəbəkələrdə yayılan çoxsaylı müraciətləri nəzərə alaraq, adıkeçən məktəbin rus bölməsinin 6 və 7-ci siniflərində təhsil alan şagirdlərin kütləvi şəkildə elektron siqaret çəkmələrinin qarşısının alınması, elektron siqaretə aludə olan şagirdlərin dəqiqləşdirilərək siyahı tərtib edilməsi üçün direktora və inspektora tapşırıqlar verib. Məlumata görə, siqaretə meyilli olan şagirdlər arasında qızlara da rast gəlinir. 

Onu da qeyd edək ki, Gəncə təhsil şefinin övladları da sözügedən məktəbdə təhsil aldığından, Anar Qədimalıyev M.Mehdizadə adına 4 saylı tam orta məktəbində baş verənlərə digər məktəblərdən daha çox diqqət ayırır.

Məsələni dəqiqləşdirmək məqsədilə direktor Əliağa Səfərəliyevlə telefon əlaqəsi yaratdıq. Direktor bildirdi ki, bu barədə məlumat yalandır. Sadəcə olaraq, iddianı məktəbin valideynlərindən biri olan Rüfət Abbasov adlı şəxs paylaşıb.
"Hazırda şəhər təhsil şöbəsi tərəfindən də məktəbdə heç bir araşdırma başlanmayıb, yalan söhbətdir. Valideyinin özü ilə söhbətləşmələr, disskussiyalar aparmışıq, valideyindən faktı varsa deməsini rica etmişik. Təəssüf edirəm ki, valideyinlərdən biri eşitdiyi və güman etdiyi sözü fakt kimi ictimailəşdirib. Məktəbimizin şagirdlərinin, xüsusilə qızlarının siqaret çəkməkdə adlarının hallandırılması yalnız təəssüf doğurur".
Valideynin iddiasına görə isə, narahatlığı əsassız deyil. Belə ki, Rüfət Abbasov Demokratik.Az-a bildirdi ki, övladlarının təhsil aldığı məktəbdə şagirdlərin pis vərdişlərə aludə olmalarından, elektron siqaretə meyillənmələrindən pis heç nə ola bilməz. Şikayətçinin sözlərinə görə, sözügedən məktəbdə bir neçə narahatedici məqamların özü şahidi olub və şagirdlərin siqaret çəkmələrini ona övladı və digər sinfin şagirdləri deyib. 

Status müəllifi məktəbdə belə halların mütamadi araşdırılmasını istəyir və profilaktikanın vacibliyini xatırladır.

İnanırıq ki, qeyd olunanlara Təhsil Nazirliyi və Gəncə Təhsil İdarəsi aydınlıq gətirər, ortada olan valideyin narahatlığı ciddiyə alınar.

Demokratik.Az
Oxşar xəbərlər