MİDA-nın qalmaqallı mənzilləri nə qədər ucuzdur?

  • 31 mart 2022, 13:06
Xəbər veridyimiz kimi, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ötən gün satışa çıxardığı “Güzəştli mənzillər”lə bağlı hər zaman olduğu kimi, bu dəfə də narazılıqlar yarandı. 442 mənzilin cəmi 5 saniyəyə satılması, üstəlik, hakerlərin ələ keçirdiyi mənzilləri otaqların sayına görə 5-10 min bahasına təklif etməsi ciddi müzakirə mövzusudur.
Bəs görəsən MİDA-nın mənzillərinin qiyməti ilə bazar qiyməti arasında fərq nədir?
Demokratik.Az MİDA-nın satışa çıxartdığı mənzillərin qiymətini təqdim edir:
1 otaq (35 kv.m) – 33.222 manat, endirimlə 29 900 manat, ipoteka ilə aylıq ödəniş 143-145 manat;
2 otaqlı (56 kv.m) - 53 941 manat, endirimlə 48 547 manat, ipoteka ilə aylıq ödəniş 232 manat;
3 otaqlı (75 kv.m) - 69 084 manat, endirimlə 62 176 manat, ipoteka ilə aylıq ödəniş 297-314 manat;
4 otaqlı (96,6 kv.m) - 91 770 manat, endirimlə 82 593 manat, ipoteka ilə aylıq ödəniş 394 manat.
Bu mənzilləri almaq üçün ilkin ödəniş mənzilin dəyərinin 10%-dir, ipoteka ilə 3-30 il müddətində illik faiz dərəcəsi 4% olmaqla verilir.
Bakıda bazar qiymətləri isə belədir (yerinə görə dəyişir):
Köhnə binalarda
1 otaqlı (30 kv.m) - 50-75 min manat;
2 otaqlı (45 kv.m) - 70-120 min manat;
3 otaqlı (65 kv.m) - 80-160 min manat;
4 otaqlı (80-85 kv.m) - 100-180 min manat.
Yeni tikili binalarda (orta qiymət)
1 otaqlı – 100 min;
2 otaqlı – 130 min;
3 otaqlı – 160 min;
4 otaqlı – 200 min manat.
Oxşar xəbərlər