Xəbər lenti
Bütün xəbərlər

Bakıda həbs olunan"müqəssir" polis generalının qardaşıdır - FOTO

  • 23 may 2015, 22:12

Baş Prokurorluq, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin birgə məlumatına görə, mayın 19-da Binəqədi rayonunda yaşayış binasında baş vermiş yanğınla əlaqədar 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmişb Qəzənfər Novruzov həbs olunub. O, vəzidəfəykən binanın "poliuretan” materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan məsul şəxs olub.

Qəzənfər Novruzov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Modern.az-a məlum olub ki, Qəzənfər Novruzov əvvəllər Binəqədi rayon İcra Hakimiyyətində müavin işləyib (sabiq icra başçısı Hüseyn Hüseynovun vaxtında). Sonra Alı Qocayevin Binəqədi rayonuna icra başçısı gəlməsylə əlaqədar iş yerini Səbail rayon İcra Hakimiyyətinə dəyişib. Maraqlıdır ki, o, Səbaildə də icra başçısının müavini postunu tutub. 

Xaləddin İsgəndərovun Binəqədi rayon İcra Hakimiyyətinə başçı təyinatından sonra Q.Novruzov yenidən əvvəlki iş yerinə qaytarılıb, bu dəfə o, Binəqədidə başçıının birinci müavini vəzifəsinə yüksəlib. 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş
Qəzənfər Novruzovu elə icra başçısı Xaləddin İsgəndərov 2013-cü ilin dekbrında vəzifəsindən çıxarıb. Eks-birinci müavinin adı hələ o zaman müxtəlif qalmaqallarda hallandırılırdı. Eyni zamanda, Binəqədi sakinləri arasında da ondan narazılıq edənlərun çox olduğu bildirilirdi.

Yeri gəlmişkən, Qəzənfər Novruzovun qardaşları hazırda yüksək vəzifələrdə çalışırlar. Belə ki, onun qardaşı Vaqif Novruzov Bakı şəhəri Yaşıllaşdırma İdarəsinin müdiridir.

Qəzənfər Novruzovun digər qardaşının Naxçıvan MR daxili işlər nazirinin müavini, general-mayoru Səbuhi Novruzov olduğu bildirilir.  


Oxşar xəbərlər