“Gəncədə işsizlik yuxarı səviyyədədir” - Deputat

  • 02 mart 2022, 19:28
Bunu Milli Məclisin keçirilən iclasında müzakirəyə çıxarılan “Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsi zamanı çıxış edən deputat Fazil Mustafa qeyd edib.
Deputat Fazil Mustafa deyib ki, bu, gecikmiş layihədir: “Layihəyə əsasən, biz Nizami və Kəpəz bələdiyyələrini saxlayırıq. Bunu da ləğv etməli, Gəncə şəhər Bələdiyyəsini yaratmalyıq. Bakı şəhərində də bu addımı atmalyıq. Biz illərdir qurumların funksiyasını şəxslərə görə dəyişirik. Bələdiyyənin səlahiyyətini hansısa quruma verməklə vətəndaşın problemini həll edə bilmirik. İşsizlik məsələsinə baxmaq lazımdır. Gəncədə işsizlik yüksək səviyyədədir. Gəncədə metro tikilməlidir. İnsanların məşğulluğunu təmin edə biləcək məsələlər hələ çözülməyib. Bu layihələri bütün respublika üzrə hazırlamalıyıq. Qəsəbələr də şəhərlərə daxil edilməlidir. Bu qədər strukturun saxlanılmasına nə ehtiyac var? İdarəetmə sadələşdirilməlidir. Biz balaca rayon formatından çıxmalıyıq”.
Oxşar xəbərlər