Osman Nərimanoğlunu təhqir edən müəllim üzr istədi - "günah keçisi"nə sifariş Əhəddən gəlibmiş

  • 07 fev 2022, 22:45
Ötən gün Gəncədə bir şərbaz qrafoman tərəfindən təşkil edilməklə Demokratik.Az saytının rəhbəri, jurnalist Osman Nərimanoğlunun ünvanına yönəlmiş təhqir və böhtan xarakterli videomateriala aydınlıq gətirilib.

Təşkil edilmiş bayağı videomaterialda çıxış edən GDU nəzdində fəaliyyət göstərən Gəncə Dövlət Hümanitar Kollecinin müəllimi Asif Süleymanovla görüşdük. Qarşılıqlı anlaşma şəraitində keçən görüş zamanı müəllim Nərimanoğluna dediyi təhqirə görə peşman olduğunu, üzr istədiyini, məqsədinin heç də şəxsə qarşı hörmətsizlik olmadığını dilə gətirib. Sadəcə, aydın olub ki, Gəncədə özünü jurnalist kimi təqdim edən və Daşkəsənin hazırki icra başçısı Əhəd Abıyevin qohumu olan Ruhulla adlı nadürüst müsahibimizi aldadaraq onun emosiyalarından sui-istifadə edib və xoşagəlməz videosüjet ortaya çıxıb. Görüş zamanı o da aydın olub ki, videonun təşkili Əhəd Abıyevin tapşırığı ilə jurnalistikanın etik prinsip qaydaları ilə bir araya sığışmayan oyun da ola bilər.
Jurnalist Osman Nərimanoğlu hesab edir ki, cəmiyyətdə heç də xoş qarşılanmayan bəzi şəxslərin qərəzli və kinli fəaliyyətlə ona qarayaxma həyata keçirmələrində AMEA-nın prezidenti Ramiz Mehdiyevə yaltaqlıq və məddahlıq elementləri müşahidə edilir. Çünki, Əhəd Abıyev də hələ deputat olduğu dönəmlərdən sabiq PA rəhbəri Mehdiyevin diqtəsi altında hərəkət edən, daha sonra da Mehdiyevin köməkliyi sayəsində Daşkəsən rayonuna icra başçısı göndərilən məmur kimi yaddaş yazıb. Bir sıra hallarda Abıyevin milli məclisdə Mehdiyevə tənqidlər yağdırması da planlı olub.

Nərimanoğlunun Mehdiyev və hüquqşünası ilə "xüsusi ittiham"a qarşı Gəncə Apellyasiya məhkəməsində çəkişdiyi vaxtda sözügedən videonun yayılması təsadüfə oxşamır. Görünür, yaradıcılığı tərifdən və Gəncədə qapılara düşüb kitab-dəftər paylamaqdan ibarət olan birisi də tənqidçi jurnalistə qarşı başladılan pis bir oyunun icraçılığını edir...

Osman Nərimanoğlu Ruhulla adlı qrafomana sonuncu xəbərdarlığını edərək onu ağıllı olmağa və tərbiyəli davranmağa səsləyib.

Nərimanoğlu səmimiyyətə görə kollecin müəlliminə dərin təşəkkürünü ifadə edib...

Demokratik.Az
Oxşar xəbərlər