Demokratik TV
Kəlbəcər məktəbində şagirdə "metodik vəsait" verilməsinə aydınlıq gətirildi - Valideyin də danışdı
Gəncədəki Yeni Məcburi-köçkünlər qəsəbəsində fəaliyyət göstərən Kəlbəcər rayonu 11 saylı tam orta məktəbinin 7-ci sinif şagirdlərinə dərslik əvəzinə, müəllimlər üçün nəzərdə tutulmuş metodik vəsaitin niyə və necə paylanmasına aydınlıq gətirilib.

Olayla bağlı məktəbin 7-ci sinif şagirdinin atası Amil Abbasov da fikirlərini bölüşüb.
Şikayətçi valideynin "Demokratik.Az"-a bildirdiyinə görə, onun övladı həmin fənlər üzrə 2021-2022-ci tədris ili üzrə xeyli geriləyib. Deyilən nöqsan şagirdin aylardır ki, keyfiyyətli təhsil almasını ləngidib. Bundan başqa, bu barədə fənn müəllimləri və sinif rəhbəri də şagirdə qarşı laqeyidlik göstəriblər, müraciətləri qulaqardına vuraraq şagirdin kitabla təminatı ilə maraqlanmayıblar. Valideyn tələb etdikdə, ona "gedin pulla özünüz alın..!" deyərək təhsil təlimatından irəli gələn öhdəliklərə etimadsızlıq ediblər.
Valideyin problemin həllində göstərdiyimiz informasiya dəstəyinə görə saytımıza təşəkkür edib, eləcə də Amil Abbasov sözügedən məktəb direktoru Əlizamin Qarayevə işə obyektiv və operativ reaksiya verdiyi üçün təşəkkürünü bildirib.
Biz də nöqsanın dərhal aradan qaldırıldığına sevinir, məktəb direktoruna sayğımızı ifadə edirik!
Demokratik.Az
