General Mirqafar Seyidov təqaüdə getdi - yerinə polkovnik təyin olundu

  • 05 fev 2022, 20:31
Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov təqaüdə göndərilib. APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, M. Seyidov xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən faktı APA-ya təsdiqləyiblər.
Qeyd edək ki, M. Seyidov uzun müddət Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi və Bakı şəhər Baş Polis İdarəsinin rəisi olub. 2020-ci ildə Nəqliyyatda Baş Polis İdarəsinin rəisi təyin edilib.
Nəqliyyatda Baş Polis İdarəsinə rəis əvəzi təyin edilib.
Rəsmi məlumata əsasən, bundan sonra polis polkovniki Nəriman İmanov idarənin rəis vəzifəsini icra edəcək.
Qeyd edək ki, Nəqliyyatda Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib.
Oxşar xəbərlər