Demokratik TV
AMEA-da uğursuz "yuridik dəyənək" - Kamal Əliyevin hakimlik karyerası Sumqayıtdan "Tərtər işi"nədək necə uzanıb?
AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin himayəsi sayəsində hazırda AMEA Rəyasət Heyəti aparatının Hüquq şöbəsinin müdiri postunda daldalanmaqda olan Kamal Əliyevin karyera uğursuzluğu barədə ŞOK məlumatlar almışıq. Demə, ömrünün 18 ilini məhkəmələrdə hakimlikdə keçirmiş bu adam bir neçə dəfə ədalət mühakiməliyini layiqincə yerinə yetirmədiyi üçün sərt cəzalandırılıb. Hətta, K.Əliyev sonuncu dəfə, Tərtər Hərbi Məhkəməsinin hakimi kimi 2017-ci ilin iyul-avqust aylarında - Azərbaycan ordusunun əsgər və zabitlərinə qarşı işgəncələrlə müşahidə edilmiş məlum "Tərtər İşi" ərəfəsində hakimlikdən birdəfəlik qovulub.
Demokratik.Az-ın əldə etdiyi rəsmi məlumata əsasən, Kamal Əliyev ilk dəfə mərhum Heydər Əliyevin imzaladığı 3 sentyabr 2000-ci il tarixli, (№ 534) SƏRƏNCAMI əsasında Bakı Hərbi məhkəməsinin hakimi adını qazanıb. Daha sonra, Sumqayıt hərbi məhkəməsinin hakimi olsa da, 14 aprel 2008-ci il tarixində "Hakim etikasını pozduğuna görə" Məhkəmə-Hüquq şurası tərəfindən cəzalandırılıb və Kamal Əliyev intizam məsuliyyətinə cəlb edilməklə iş yerinin dəyişdirilməsi barədə qərar qəbul olunub.
Nəticədə, prezident İlham ƏLİYEVin (Bakı şəhəri, 10 iyun 2008-ci il № 2858) müvafiq sərəncamı ilə Kamal Vəli oğlu Əliyev Sumqayıt Hərbi Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Tərtər Hərbi Məhkəməsinə hakim göndərilib.
Maraqlıdır ki, Tərtər hərbi məhkəməsi üzrə 2017-ci ilin iyul-avqustunadək hakim olan Əliyev ismi məhz həmin ilin aprelindən Azərbaycan ordusunun əsgər və zabitlərinə qarşı həyata keçirilən həbs-qətimkan tədbirlərinin seçilməsində, eləcə də çalışdığı illərdə bir neçə hərbçinin barəsində "vətənə xəyanət" maddəsilə çıxardığı qalmaqallı hökmlərilə yadda qalıb. Və düz 17 il hərbi hakim olan bu şəxs birdən-birə Ədliyyə Nazirliyinin qərarı ilə hakimlikdən uzaqlaşdırılıb. Onun Tərtər Hərbi Məhkəməsinin hakimi kimi bir sıra özbaşınalıqlar törətməsinə dair çeşidli məlumatlar var və barəsində bir sıra şikayətçilər narazılıqlar bildirib.
Qeyd edək ki, Kamal Əliyev son illərdə müstəqil vəkillik fəaliyyəti göstərib. Və 2021-ci ilin mayın 26-da Ramiz Mehdiyevin özəl dəvətilə AMEA-nın baş hüquqşunası təyin edilib. Hakim olanda olduğu kimi, hazırda da AMEA adına rəzalətlə məşğul olan Kamal Əliyevin fəaliyyətinin daha çox şəxsi istəklərə bağlı olduğunu, qənaətbəxş olmadığını asanlıqla söyləmək olar.
K.Əliyevin təkcə son aylar ərzində Mehdiyevin hikkəsilə birləşərək bir neçə şəxsi əsassız və savadsız ittihamlar yazaraq "xüsusi ittiham" qaydasında məhkəməyə verməsi, onun hansı hüquqi anlağa sahib olduğunu göstərir. Gəlişindən bu yana, bütün məhkəmələri uduzan adam hakimlik karyerasında olduğu kimi, Ramiz Mehdiyev üçün şəxsi və uğursuz "yuridik dəyənək" rolu oynayaraq dayanmadan AMEA-nın hüquqi tərz və davranışlarını, nüfuzunu batırır. Məncə, belələri Ramiz Mehdiyevdən daha tez abrına qısılaraq AMEA-da layiq olmadığı vəzifəni tərk edib getməlidir.
Xatırladaq ki, K.Əliyevin "xüsusi ittihamı"na Demokratik.Az saytının rəhbəri, jurnalist Osman Nərimanoğlu da məruz qalıb.
Jurnalist Kamal Əliyevin AMEA-ya yerləşdirilməsinə etiraz olaraq ötən yazılarının birində aşağıdakıları yazmış və məhkəməyə verilmişdi:
"“Tərtər işi”nin təşkilatçılarından biri kimi, Ramiz Mehdiyevin də adı hallanır. Onun hələ PA rəhbəri olduğu dönəmdə Azərbaycanda Rusiyameyilli ən iri persona olması, vəzifəsindən irəli gələn öhdəlikləri yerinə yetirmədiyi iddia edilir. Axı, o illərdə – Tərtərdə günahsız hərbçilərimizə divan tutulanda Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri idi. İndi isə ölkə elminə “ağalıq” ona tapşırılıb. Özünüz düşünün, 2017-ci ildə o xoşagəlməz cinayətdə uğursuz hakimlik edənlərdən biri sizcə niyə məhz gəlib Ramiz Mehdiyevə sığınsın ki? Niyə Ramiz Mehdiyev məhz adıkeçən hüquqşünası illər sonra AMEA-nın hüquq şöbəsinin başına keçirsin ki? Bunun məntiqli bir açıqlaması olarmı görəsən? Bəlkə, Mehdiyevin Kamal Əliyev yanında belə bir öhdəliyi və ya borcumu vardı? Maraqlıdır, deyilmi? .."
Demokratik.Az