Mingəçevirdə torpaq zəbti Prezidentin iqamətgahınadək irəlilədi - VİDEO+FOTOLAR

  • 24 yan 2022, 11:36
Mingəçevirdə qanunsuz torpaq qəsbi prezidentin iqamətgahına qədər irəliləyib.
Demokratik.Az-ın məlumatına görə, bu barədə məlumatı Youtube-də "ictimai qınaq" kanalında videomaterial paylaşan şikayətçilərdən biri yayıb. Şikayətçinin dediklərindən məlum olur ki, keçmiş polis əməkdaşı Eldar Salmanov Mingəçevirdəki Prezident iqamətgahı ərazinin bir addımlığını qanunsuz olaraq hasara alıb. Qəsbkar ərazidə vaqon da qoyaraq oraları öz oylağına çevirib. Baş verənlərə isə Mingəçevir Bələdiyyəsi və digər müvafiq qurumları heç bir tədbir görmür. 

Təəssüf ki, Mingəçevirin icra başçısı da özbaşınalıqdan hali olsa da, əlini belə tərpətmir.
Ərazidən çəkilmiş məlum videosüjeti təqdim edirik:
Oxşar xəbərlər