Gəncə təhsilinin müdiri hərbi xidmətə yararsız imiş? - tez-tez sidiyə gedir - İDDİA

  • 18 yan 2022, 14:47
Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyevin hərbi xidmətdən dolayı yolla yayınmasına dair iddia irəli sürülüb. Demə, Hərbi-Həkim Ekspertizasının rəyində Anar Qədiməliyevə SİDİK-CİNSİYYƏT SİSTEMİNİN XƏSTƏLİKLƏRİ diaqnozu qoyulub və o bunun üçün həqiqi hərbi xidmət keçməyib.
Demokratik.Az bildirir ki, bu barədə "Hürriyyət" məlumat yayıb.

Hurriyyet.az xatırladıb ki, təhsil şefi Hərbi həkim ekspertizası tərəfindən "Maddə 71 /b/ bəndinə görə: “Böyrəklərin xroniki xəstəliyi, böyrəklərin funksiyasının pozulması" diaqnozu əsas götürülərək hərbi xidmətdən yayındırılıb. Sözügedən rəyin «b» bəndi üzrə isə tərxis olunan şəxslərin rəhbər vəzifədə, dövlət qulluğunda təmsil olunmalarının yolverilməz olduğu deyilir.

Oxuculardan üzr istəyərək qeyd edək ki, həmin maddənin açıqlanmasında o da qeyd edilir ki, “dayanmadan yerini isladır”. Maraqlıdır, Gəncə Şəhər Təhsil İdarəsinin rəisi vəzifəyə alınarkən həm Təhsil nazirliyinin, xüsusilə də Gəncə icra hakimiyyəti başçısı Niyazi Bayramovun bu fakta diqqət yetirməmələri, deyilənləri bilməmələri inandırıcı görünmür.

Demokratik.Az yuxarıdakı faktla bağlı Gəncə Təhsil İdarəsinin rəhbəri Anar Qədiməliyevi danışmağa, açıqlama verməyə çağırır. İnanırıq ki, Qədimalıyevin Hərbi biletindəki qeydlərin araşdırılması aidiyyatı qurumlar üçün daha maraqlı olacaq...

Demokratik.Az
Oxşar xəbərlər