Demokratik TV
Mehdiyevlərin "Yeni Gəncə" klinikasından ŞİKAYƏT - 10 min alıb xəstəni "kor" etdilər

Ötən gün yayılan məlumatlardan o da aydın olur ki, valideyinləri övladlarının əməliyyatı üçün klinikaya 10 min manata yaxın vəsait ödəyiblər. Neyrocərrah Dr. Zaur Ramizxanovun uğurlu əməliyyat vədlərinə inanıblar. Lakin, əməliyyatdan sonra qızcığazın görmədiyini müəyyən ediblər.
Hazırda ailə üzvülərinə məxsus olan qızıl-ziynət əşyalarının bankda girovda olduğu, maddi sıxıntıda olduqları bildirilir. Xəstənin isə yenidən əməliyyat olunmaqdan başqa çarəsi qalmır. Kərimi Sevinc Samil qızının ailə üzvləri haqlı olaraq Gəncədəki "Tibb Mərkəzi"nə ödədikləri maddi vəsaitin geri qaytarılmasını tələb kimi qoyaraq ölkə rəhbərliyinə şikayətlər edirlər. Həkim Zaur Ramixanovla görüşmək isə şikayətçilərə heç bir fayda verməyib, əksinə, həkim bildirib ki, əməliyyat zamanı pasientin beynində damarın zədələnməsindən xəbərsiz olub və onun üçün xəstə paytaxt Bakıya aparılıb müayinə və müalicə olunmalıdır.
Vətəndaşlar klinikaya ödədikləri vəsaitin geri qaytarılması üçün ümidlərini Baş prokuror Kamran Əliyevə və ölkənin I vitse-prezidenti xanım Mehriban Əliyevaya bağlayıblar.

Səsləndirilən iddialarla bağlı qarşı tərəf susqunluq nümayiş etdirib, yalnızca yayımlanmış materialların xəbər saytlarından silinməsilə öz uğursuz işini bitmiş hesab edib.
Demokratik.Az
