Nazirlər Kabineti bu qərara dəyişiklik etdi

  • 13 yan 2022, 20:44
Hava nəqliyyatı vasitəsilə daha 3 ölkənin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilib.

Nazirlər Kabineti burnunla bağlı "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarda müvafiq dəyişiklik edib.

Həmin ölkələr aşağıdakılardır:

Bununla da vətəndaşlarının təyyarə ilə Azərbaycana giriş-çıxışına icazə verilən ölkələrin sayı 66-ya çatıb.

Bu ölkələrin vətəndaşlarının hava nəqliyyatı vasitəsilə Azərbaycana giriş-çıxışı üçün tələblər aşağıdakılardır:

- İordaniya Haşimilər Krallığı;

- Kipr Respublikası;

- Ukrayna.

- yaşı 18-dən yuxarı olan şəxslərə münasibətdə – yalnız COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında;

- 1–18 yaş arasında olan şəxslərə münasibətdə – yalnız uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında.

Həmin şəxslər Azərbaycan Respublikasını tərk edərkən onlardan COVID-19-a dair PCR testi tələb olunmur.
Oxşar xəbərlər