Demokratik TV
Yardımlıda yaşayan idmançı-qazimiz də işsizdir - FOTOLAR
Yardımlıda işsizliyin və sosial tənəzzülün təhlükəli həddi bütün sakinlərin qapısının zəngini basır. Rayonun Köryədi kəndində yaşayan 22 yaşlı, ali təhsilli gənc idmançımız, 44 günlük VƏTƏN SAVAŞInın iştirakçısı Mirzəzadə İdris Mirhüseyin oğlu da hazırda işsizlik mühitinin ağrısını hiss edir.

Saytımızın əldə etdiyi məlumata görə, idmançı-qazimiz doğma Yardımlı rayonunda özünə münasib iş axtarır. İnanırıq ki, yerli icra hakimiyyəti və digər aidiyyatı qurumlar İdris Mirzəzadənin tezliklə işlə təmin olunması üçün zəruri addımlar atacaq. Yetər ki, qalib dövlətin rəhbərliyinin aşıladığı sosial müdafiə tədbirləri, şəhid ailələri və müharibədə əlil və qazi olan gənclərimizə müxtəlif təminat və sosial qayğı bütün yerli məmurların əməlləri üçün də prioritet ola...





