Goranboyun Qızılhacılı qəsəbəsində körpələr evi "KARSER"i xatırladır - ŞİKAYƏT

  • 08 yan 2022, 14:33
Goranboy rayonu Qızılhacılı qəsəbəsində Şəhid Nəsib Məmmədov adına 1 saylı körpələr evi qəzalı vəziyyətdədir. Bu səbəbdən də, "Körpələr evi" bir müddətdir ki, öz fəaliyyətini Şəhid Dilbazi Qasımov adına 1 saylı tam orta məktəbinin daş betonla əhatə olunmuş korpusunda davam etdirir.
Demokratik.Az-a bu barədə kənd sakini Neman Eminov bildirib. Eminov xatırladır ki, adətən hərtərəfi betonla əhatə olunmuş otaqlar cəzaçəkmə müəssisələrində olur ki, belə otaqlara "KARS", "cərimə təcridxanaları" deyilir. Betonla əhatəli şəraitdə saxlanma əsasən təcridxanalarda azadlıqdan məhrum edilənlər müəssisənin daxili nizam-intizam qaydalarını pozduqları üçün cəza sayılır.

"Körpələr evi"nin hazırki fəaliyyətinə diqqət çəkən mənbə təəssüflə onu da bildirib ki, Goranboy rayonu Qızılhacılı qəsəbəsinin uşaqlarının belə bir hərtərəfi betonla əhatə olunmuş otaqlarda təlim-tərbiyəyə cəlb edilməsi yolverilməzdir. Eləcə də ölkənin gələcəyi olan körpələrə qarşı bu cür laqeyidliyə, sağlamlıqlarının əleyhinə olan şəraitsizliyə icra hakimiyyətinin və Təhsil nazirliyinin susqun qalmaları dəhşətdir.
Eminov haqlı olaraq o sualı da edir ki, axı nə səbəbə Goranboy İcra Hakimiyyəti bu körpələr evini ötən müddət ərzində nəzarətə götürmürdü? Niyə yerli icra qurumları körpələrin gələcəyinə belə soyuq yanaşıb? Aidiyyatı qurumlar doğrudan da hara baxır?

Şəhid Nəsib Məmmədov adına 1 saylı körpələr evinin dağıdılmış, qəzalı vəziyyətdə olması aşağıdakı şəkillərdən də aydın olur.
Oxşar xəbərlər