"TƏBİB"-İN DİQQƏTİNƏ! Vasif Əliyevin kollektivi sağlamlıqla deyil, "trolluq"la məşğuldur

  • 31 dek 2021, 16:00
"Demokratik.Az" təəssüf hissilə bildirir ki, son günlər Göygöl MRX PHŞ-də müşahidə olunan özbaşınalıq halları müəssisənin rəhbəri Vasif Əliyev tərəfindən durdurulmaq, müvafiq ölçü götürülmək və məntiqli açıqlama ilə nəticələnmək əvəzinə başqa səmtə yol alır. Belə ki, Vasif Əliyev öz nöqsanlarını və korrupsiya xarakterli əməllərini, tutarlı iddiaları ictimaiyyətdən gizlətmək cəhdilə tabeliyindəki kollektivi "trollaşdıraraq" feysbuk sosial şəbəkəsi üzərindən saytın və jurnalist Osman Nərimanoğlunun ünvanına təhqir və böhtan yağdırmağa, özünü süni qaydada təriflətdirməklə, süni ictimai rəy yaratmaqla məşğuldur.

Bu barədə sayt rəhbəri Osman Nərimanoğlu bildirib:

"Kül belə idarəetmənin başına ki, bütün ölkə "TƏBİB"-in fəaliyyətindən çeşidli formalarda əziyyət çəkir. Ötən gün yazdığım və saytımızda yer alan "TƏBİB"-dən Göygöl MRX PHŞ-yə maraqlı cavab: "Bizi narahat etməyin!" sərlövhəli tənqidə görə, qurumun yerli təmsilçisinin özfəaliyyətə əl ataraq mənə total hücuma keçmələri, Göygöl MRX PHŞ-nin direktoru Vasif Əliyevi guya qoruyurmuş kimi şəxsimə qarşı təhqir və iftiralardan istifadə etmələri hiddət doğurur. Açıq aydın görünür ki, Vasif Əliyev içinə soxulduğu korrupsiya şəbəkəsinə və öz maddi gücünə arxalanaraq bu yolla məni qorxutmağa, jurnalist peşə fəaliyyətimi əngəlləməyə, şantaj etməyə çalışır. Təbii ki, söhbət korrupsiya və özbaşınalıqların ifşasından gedirsə, olayın hazırki motivini bir jurnalist olaraq normal qarşılayır, dözümlülük nümayiş etdirib baş verənləri hüquqi müstəviyə daşımağa çalışıram. Vasif Əliyev özü və kollektivi bilərəkdən və ya bilməyərəkdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 163-cü maddəsinə əsasən, jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma, yəni zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə onları məlumat yaymağa və ya məlumat yaymaqdan imtinaya vadar etmə məsuliyyəti altında irəliləyirlər. Bu isə qarşı tərəf üçün məsuliyyət yaradır. Əgər bunu Vasif Əliyev və yandaş "trolları" indiyədək bilmirlərsə, onları bari bundan sonra nizam-intizamlı olmağı öyrətmək zorundayam. Fəqət, məni narahat edən həm də odur ki, axı, Vasif Əliyevə kim ixtiyar verib ki, öz tabeliyindəkiləri belə bayağı davranışlara məcbur etsin?! Bu həm də jurnalistə qarşı şəxsiyyətə pərəstişi zorla təbliğ etmək, bəzi həkim və digər kollektiv üzvlərini publik şəkildə Həkimlərin etik davraniş qaydaları prinsipini pozmağa yönəlib. Hesab edirəm ki, "TƏBİB" rəhbəri üçün belə qeyri-etik "trollaşdırma" siyasəti qəbuledilməz hal olmalıdır və sağlamlıqdan dəm vurub əyninə ağ xalat geyinmişlərin "hippokrat andı" naminə sözügedən halın araşdırılması Vüqar Qurbanov üçün də prioritet olmalıdır"-deyə Nərimanoğlu qeyd edib.

Jurnalistin dediklərinin isbatı kimi qeyri-etik hücumda Vasif Əliyevə məcburən alət olan şəxslərin kimliklərini, eləcə də nələr yazdıqlarını da diqqətinizə çatdırırıq. Təqdim edirik ki, Vasif Əliyev utanmasa da, bari TƏBİB rəhbərliyi hansı əxlaqa və düşüncəyə sahib olan şəxslərə maaş verib rayon xəstəxanasını kimlərin ümidinə buraxdığına utansın! (?) 
"Demokratik.Az" Osman Nərimanoğluna məxsus fb profilində paylaşılan xəbər linkinə istinadən kimlərin "trolluq" etdiyini oxucularına təqdim edir:
Bu linklə daxil ola bilərsiniz - https://www.facebook.com/profile.php?id=100006723619006
Əkbərov Rəşad Nəriman oğlu - Göygöl MRX PHŞ-də həkim-stomatoloqdur. Həyat yoldaşı isə rayon poliklinika şöbəsinin müdiridir. https://www.facebook.com/hih.narimanoglu
Turqay Əliyev - Vasif Əliyevin ailə üzvü, yaxını, əməkdaşı,

Əlikömək Əliyev - Göygöl MRX PHŞ-nin Ümumi şöbənin qeyri-qanuni təyinatlı müdiri - stomatoloq,

İsmayıl Cəfərov - Göygöl MRX PHŞ-nin mühafizəçisi, (şəkli yoxdur)
Turan Mustafayev - maraqlı şəxsdir, çünki Vasif Əliyev onun da həyat yoldaşını poliklinikaya işə düzəldib, eləcə də poliklinikanın baş həkiminin yaxın qohumu,
Sənan Aslanov - Balçılı kənd sakini, Vasif Əliyevin və xəstəxanaya işə düzələn həmkəndlilərin yaxını,

Sevil və Fidan Cəfərovalar - Vasif Əliyevin tabeliyində (Göygöl MRX PŞH-də) qohum tibb bacıları
Toğrul Məmmədov - Göygöl MRX PHŞ-nin direktorunun köməkçisi,
Zaur Ələkbərov - Göygöl MRX PHŞ-ə Vasif Əliyevin vasitəçiliyilə işə alınan həkim - rentgenoloq...






Demokratik.Az olaraq "TƏBİB"-in tabeliyində çalışan bütün ləyaqətli və məsuliyyətli tibb işçilərini bugünkü əlamətdar bayram ovqatı münasibətilə təbrik edir, dünya Azərbaycanlılarının həmrəylik günü və yeni il üçün qucaq dolu salamlarımızı çatdırırıq.

Demokratik.Az
Oxşar xəbərlər