Ərəstun Oruclu: "Tərtər İşi” Rusiyanın sifarişi ilə baş verib" - Ümidlər Əli Nağıyevdə!

  • 23 dek 2021, 15:48
Şərq-Qərb araşdırmalar mərkəzinin rəhbəri, təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu "Tərtər İşgəncələri” ilə bağlı Baş Prokurorluq DİN və DTX-dan ibarət istintaq qrupunun yaradılmasına münasibət bildirib.
Ərəstun Oruclu bildirib ki, "Tərtər İşgəncələri” elə bir məsələdir ki, bunu ayrıca Dövlət Təhlükəsizlik Xidməti araşdırmalıdır: "”Tərtər İşgəncələri” bir başa xarici kəşfiyyat orqanlarının xüsusilə Rusiyanın istəyi ilə baş verib ortada böyük bir cinayət hadisəsi var. İnsanlar ölüb, insanlar günahsız yerə həbs olunub. Ona görə də, hesab edirəm ki DTX bu məsələni təkcə araşdırarsa ciddi nəticəyə nail ola bilərik”.Demokratik.Az xatırladır ki, məlum "TƏRTƏR İŞİ" üzrə son gedişata münasibətdə, əsas ümidlər DTX rəhbəri Əli Nağıyevə kilidlənib. Əksər zərərçəkmişlər də yeni istintaq və incələmə prosesində şəffaflığa və ədalətə nail olmaq üçün Əli Nağıyevin iştirakını vacib sayırlar.

Demokratik.Az

Oxşar xəbərlər