Açıqlama gəldi: "Gəncəçayın sağ sahilində tikilən bina icra başçısına yox, sahibkara aiddir"

  • 07 dek 2021, 18:41
Ötən gün Demokratik TV-də yayımlanmış xəbərə aydınlıq gətirilib. Gəncə çayının sağ sahilində aparılan tikinti işlərinin əsas təşkilatçısının Balakənin icra başçısı deyil, əslində şəhər sakini, sahibkar Məmmədov Şahzadə Allahverdi oğlu olduğu aydınlaşıb.
Sahibkarın saytımıza bildirdiyinə görə, sözügedən tikinti işlərinin aparılması üçün bütün zəruri sənədlərə sahibdir. Eləcə də həmin tikiliyə aid torpaq sahəsinin mülkiyyətinə verilməsində və tikinti işlərinin aparılmasında Gəncə İcra Hakimiyyəti başçısı cənab Niyazi Bayramovun da hər hansı maddi marağı olmayıb.

Tikintinin qanuni əsaslara dayandığını qeyd edən Şahzadə Məmmədovun bildirdiyinə görə, həmin ticarət obyektinin tikintisini öz vəsaiti hesabına aparır və bu işlər onun özünün sahibkarlıq fəaliyyətindən irəli gəlir.
(mövzu diqqətimizdədir)
Demokratik.Az

Oxşar xəbərlər