Gəncədə ev yandı

  • 05 dek 2021, 10:30
Gəncədə yaşayış binasında yanğın olub.

Hadisə Heydər Əliyev prospektindəki binaların birində baş verib.
 
Dərhal əraziyə FHN-in yanğınsöndürmə briqadası cəlb olunub. Alovun qonşu mənzillərə keçməsinin qarşısı alınıb.
Hadisə zamanı ev sahibi, 1962-ci il təvəllüdlü Şahin İbrahimov yanıq xəsarəti alıb.
Yanğının başvermə səbəbləri araşdırılır.
Oxşar xəbərlər