14 ŞƏHİDİN ARASINDA ADI “İŞÇİ NƏBİYEV” KİMİ YAZILAN KİMDİR? – Gizli qəhrəman + FOTO

  • 01 dek 2021, 10:39
Dünən baş verən qəzada adı "İşçi Nəbiyev” kimi keçən şəxsin kimliyi məlum olub. Qaynarinfo xəbər verir ki, həmin şəhidimiz təqaüddə olan polkovnik Nəbiyev Elçin Fikrət oğludur.
O, Rail Rzayevin zamanında Azərbaycanın baş şturmanı, naviqasiyanın atası, HHMQ və HHQ Baş Qərargah rəisi olub. İlk və yeganə azərbaycanlıdır ki, Rusiyanın MİQ-31 qırıcı təyyarəsində uçuşlar həyata keçirib SSRİ zamanı. Sonra könüllü olaraq Azərbaycan ordusuna dönərək (birinci Qarabağ Müharibəsi zamanı) ön cəbhədə düşmənin koordinatlarını və atəş nöqtələrini artilleriya və aviasiyaya ötürüb.Sonralar Mİ-24 və Mİ-8 helikopterinə şturman kimi keçid alıb. 44 günlük İkinci Qarabağ Müharibəsində uğurlu əməliyyatların tərtibinidə müəlliflərdən, ön cəbhədə məxfi qərargahda birbaşa iştirakı olan Azərbaycanın gizli qəhramanlarından biridir. Çox sadə, çox ağır və son dərəcə həm nəzəri, həm də praktiki cəhətdən peşəkar bir kadr olub! Şəhidlər ölməz...
Oxşar xəbərlər