Helikopter qəzasında həlak olanlara şəhid statusu veriləcək

  • 30 noy 2021, 21:35
Helikopter qəzasında həlak olanlara qanunvericiliyə əsasən şəhid statusu veriləcək”.
Demokratik.Az APA-ya istinadən xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev bu gün baş vermiş helikopter qəzası ilə bağlı brifinqdə bildirib.
DSX rəisi qeyd edib ki, təlim zamanı həlak olan hərbçilərə qanunvericiliyə uyğun olaraq, şəhid statusu verilir: “Qanunvericilik hərbi təlimlərdə həlak hərbi qulluqçulara avtomatik olaraq şəhid statusunun verməsini nəzərdə tutur”.
Oxşar xəbərlər