Gəncədə zirzəmi “işğalçısı”nın əmlak hüquqlarına "məhkəmə təcavüzü" davam etdirilir - FOTOLAR

  • 10 noy 2021, 20:52
Gəncədə mülkiyyət hüquqları kobud və aşkar surətdə pozulan vətəndaş Mehriban Məmmədovaya qarşı məhkəmə və digər dövlət orqanları tərəfindən törədilən özbaşınalıq halları davam edir. Bu barədə haqsızlığa qarşı nəticəsiz mübarizədən və məhkəmələrdən təngə gələn şikayətçi özü Demokratik.Az-a bildirib.
Vətəndaşın dediyinə görə, uzun müddətdir ki, qeyri-qanuni əsaslarla məhkəmələr tərəfindən iddiaçı qismində tanınan vətəndaş Hüseynov Sərxan Səlyan oğlunun cızmaqaralarından, eləcə də yerli məhkəmə hakimlərinin heç bir mülkiyyət hüququ olmayan şəxsin iddialarını icraata qəbul etməklə ona qarşı süni məhkəmə çəkişmələri quran hakim libaslı "saxta" ədalət carçılarının davranışlarından təngə gəlib.

Məlumata görə, şəhərin Atatürk prospekti 249 saylı binanın 1-ci mərtəbəsində, binanın prospektə baxan hissəsində yeni fasadın 5 kvm-lik qeyri-yaşayış obyektinə tam mülkiyyət hüququ olan vətəndaş Mehriban Məmmədova şəxsi maraqlar səbəbindən mülki mübahisələrə cəlb edilib. Bu azmış kimi, ötən illərdən bəri Gəncə icra və probasiya idarəsinin özbaşınalığı ucbatından 01.11.2013-cü ildə Gəncə İcra Hakimiyyətinin 1644 saylı sərəncamı əsasında şəhərin Atatürk prospekti 249 saylı binanın 1-ci mərtəbəsində, binanın prospektə baxan hissəsində yeni fasadın 5 kvm-lik qeyri-yaşayış obyektinə olan mülkiyyət hüquqlarına istifadədən məhrum edilib. Yəni, adıkeçən vətəndaş Sərxan Hüseynov M.Məmmədovanın zorla - icra məmurlarının himayəsi sayəsində heç bir hüquqi əsaslar olmadan M.Məmmədovanın mülkiyyətini ələ keçirib və dağıdıb.
Bu aşkar özbaşınalığın ölkənin ikinci böyük şəhərində hakimlərin əsassız qərarları ilə baş verdiyinə inanmaq zor olsa da bu qanunsuzluq baş verib.

Saytımızda daha öncə də bu mülki mübahisə barədə yazıldığından, geniş şərh etmədən bildirək ki, hazırda şəhər mərkəzindəki Atatürk prospekti 249 saylı binanın zirzəmisində özbaşına rekonstruksiya işləri aparan, heç bir dövlət sənədinə sahib olmadan bina sakinlərinin ümumi istifadəsində olmalı olan zirzəmini qanunsuzluqla "işğal" etmiş Sərxan Hüseynov şikayətçinin əlində olan mülkiyyət sənədinin, eləcə də 01.11.2013-cü ildə Gəncə İcra Hakimiyyətinin verdiyi 1644 saylı sərəncamın ləğvinə cəhd edir. Şikayətçinin bildirdiyinə görə, sabah sonuncu hal üzrə Gəncə Apellyasiya Məhkəməsində də əsassız iddiaya baxılacaq. Hansı ki, iddiaçının iddiasının icraata götürülməsi belə qanunun aliliyi naminə gülünc və biabırçı hadisədir.
Şikayətçinin təqdim etdiyi fotoşəkildən isə aydın olur ki, Sərxan Hüseynov absurd iddiasını əsaslı təqdim etmək üçün bir az da irəli gedərək sənədsiz əsaslarla "özününküləşdirdiyi" zirzəmidə qanunsuz pilləkən tikintisi də həyata keçirib. Zirzəmidə binanın əsas sütunları üçün təhlükəli sayılan özbaşına tikinti-memarlıq işləri həyata keçirib.

Mehriban Məmmədovanın bildirdiyinə görə, baş verənlər barədə dəfələrlə aidiyyatı üzrə müraciətlərini araşdıran, adıçəkilənin zirzəmi özbaşınalığının qarşısını alan kimsələr tapılmır. Quru cavablar isə işə yaramır. Nə Gəncə icra hakimiyyəti, nə də istismar müddətini onsuz da başa vurmuş binanın təhlükəsizliyinə cavabdeh olmalı olan FHN-in yerli qurumu baş verənlərin ciddiliyini anlamaq və araşdırıb müvafiq tədbir görmək istəmir. Əksinə, gah İHB-nin tikinti-memarlıq şöbəsinin əməkdaşlarının və hüquq şöbəsinin susqunluğu mövcud azğınlığı bir az da artırır. Məhkəmələrin özbaşınalığı da adamda heyrət doğurur. Sözügedən binanın həm də sakini olduğunu deyən şikayətçi həm öz mülkiyyət hüquqlarına qarşı özbaşınalıqların, eləcə də binalarının zirzəmisindəki qanunsuz istifadənin durdurulmasını istəyir. 

(mövzu diqqətimizdədir, daha geniş məlumat verməyə çalışacağıq)

Demokratik.Az

Oxşar xəbərlər