Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi işdən çıxarıldı

  • 04 okt 2021, 13:45
Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi Nelli Veyisova tutduğu vəzifədən azad edilib.
Demokratik.Az “unikal.org”a istinadən xəbər verir ki, bununla bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev əmr imzalayıb.
Z.Əliyevin digər əmri ilə, Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi vəzifəsinə Elçin Əmirov təyinat alıb və bu gün kollektivə təqdim edilib.
Qeyd edək ki, o, bu təyinatadək Şəki Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb.
Oxşar xəbərlər