Demokratik TV
Başçılar dəyişir, amma rayonlarda idarəetmənin keyfiyyəti dəyişmir - səbəb...
Ötən gün dövlət başçısının sərəncamı ilə iki rayona - Cəlilabada və Şəmkirə yeni icra başçıları təyin edildi. Prezident hər iki məmuru onlayn qaydada qəbul edərkən onlara “yol xəritəsi” göstərdi, qarşılarında ciddi hədəflər qoydu. Ən önəmlisi isə onlara düz işləmələrini tapşırdı, əks halda, ağır formada cəzalanacaqlarını xatırlatdı...
Rüşvət üstündə tutulan başçıların yerinə təyin olunan yeni başçıların fəaliyyətlərinə nəzər salsaq görərik ki, onlar da elə bir yaddaqalan fəaliyyətləri ilə fərqlənmirlər. Hətta bəziləri haqqında məlumatlar gəlir ki, sələflərinin aqibətindən nəticə çıxarmayaraq, eyni qaydada fəaliyyət göstərməyə davam edirlər. Bəs görəsən, yeni kadrlar üzərində nəzarət necə olmalıdır? Ən əsası, danlaq və hədə-qorxu ilə yaxşı məmur olmaq mümkündürmü? Rüşvət almadan vəzifədə qala bilmək üçün vəzifəli kadrların üzərində necə bir nəzarət olmalıdır? İcra hakimiyyəti sistemi hansı reformalara məruz qalmalıdır? Hakimiyyət mer, qubernator seçkisi ilə təyinata niyə getmir?
Bu kimi sualları “Yeni Müsavat”a açıqlamasında cavablandıran UNEC-in professor Elşad Məmmədov bildirdi ki, bu nə rayon rəhbərliyinin səsvermə formasında təyin olunması ilə tənzimlənən məsələ deyil, nə də hansısa konkret bəyanatlarla həll edilə bilməz: “Sözsüz ki, ölkə Prezidenti öz tapşırıqlarını verməlidir. Sərt qaydada onların qarşısında tələblər qoymalıdır. Bu, adekvatdır və düzgündür. Amma həm yerli təcrübə, həm də beynəlxalq təcrübə də onu göstərir ki, o cümlədən idarəetmə elminin fəlsəfəsi də təsbit edir ki, bu gün üçün ən effektiv mexanizmlər idarəçilikdə müvafiq normativlərin müəyyən edilməsi və o normativlərin hər bir hakimiyyət orqanı, dövlət idarəçiliyi ilə məşğul olan hər bir məmurun qarşısında qoyulmasıdır. Bu, idarəetmə mexanizmində ən effektiv yanaşma kimi qəbul olunur. İnsan bir vəzifəyə təyin olunursa, onun qarşısında müvafiq normativlər qoyulmalıdır. Məsələn, 10 istiqamət və ya 20 istiqamət üzrə konkret normativlər və icra müddətləri qoyulur. O müddəti başa çatdığı zaman həmin məmur hesabat verir və hesabat aidiyyəti dövlət qurumlarına təqdim olunur. Məsələn, yerli icra hakimiyyətidirsə, Prezident Administrasiyasına, əgər hansısa bələdiyyədirsə, o zaman onu seçən insanlar qarşısında hesabat verir. O hesabat nəticəsində şəffaflıq yaranır. Məsələn, Şəmkir rayonuna icra başçısı təyin olunursa, onun qarşısına təyin olunduqdan sonrakı bir il ərzində icra etməsi üçün tələb qoyulmalıdır ki, Şəmkir rayonunda investisiyalar, əsaslı kapital qoyuluşu neçə faiz artsın, nə qədər iş yeri açılmalıdır, nə qədəri daimi iş yeri, nə qədəri mövsümi iş yeri olmalıdır. Ona həvalə olunan ərazidə bütün işlərin hesabatı tələb olunmalıdır”.
Elşad Məmmədov: “Normativlər və hesabatlılıq olmazsa, problemlər həll olunmayacaq”
Professor vurğuladı ki, digər tərəfdən, hər bir məmur vəzifəyə konkret müddət üçün təyin olunmalı, ona, məsələn, 3 il və ya 5 il səlahiyyət müddəti tanınmalıdır: “Mütləq şəkildə hər bir dövlət vəzifəsində çalışan insan üçün konkret vaxt qoyulmalıdır. İcra başçısına 3 və ya 5 il zaman qoyulmalıdır. Bunlar da hamısı cəmiyyət qarşısında tənzimlənməlidir. Yoxsa bir insan hansısa rayonda 20 il icra başçısı işləyir və 20 il sonra məlum olur ki, orada hansı qanunsuz əməllər törədib. Lap bunu cəmiyyət bilsə belə, faktlar aşkara çıxsa belə, həmin 20 ili geriyə qaytarmaq, onun etdiyi yanlışların düzəldilməsi mümkün olan deyil. Vaxt məsələsi bu baxımdan önəmlidir. İcra başçısına qoyulan konkret vaxt məsələsi, normativlər və hesabatlılıq olmazsa, problemlər həll olunmayacaq və köklü dəyişikliklərə nail olmaq mümkün olmayacaq”.
Natiq Cəfərli: “Problem şəxslərdə yox, idarəetmənin təməl prinsiplərindədir, onların dəyişdirilməsinə ehtiyac var”
İqtisadçı ekspert Natiq Cəfərli də hesab edir ki, problem şəxslərdə deyil, idarəetmənin özündədir: “İcra hakimiyyəti strukturunun özündə problem var. İllərdir ki, biz yerli icra hakimiyyəti institutunun ləğvini və yerinə mərkəzləşdirilmiş iqtisadi rayonlar üzrə Prezidentin nümayəndələrinin təyin olunmasını təklif edirik. Azərbaycanda 15-16 iqtisadi rayon yaratmaq olar. Onlara Prezidentin birbaşa nümayəndəsini təyin edib bir çox məsələlərin həllində operativliyinə nail olmaq olar. Rayonların özlərini isə yerli idarəetmə institutlarına vermək lazımdır. Seçkili orqanlar yaradılmalıdır, mer institutu olmalıdır, yerli bələdiyyələrin səlahiyyətləri artırılmalıdır. Yerli idarəetmənin fəlsəfəsi dəyişdikdən sonra irəliləyişə nail olmaq olar”.
N.Cəfərlinin sözlərinə görə, səlahiyyəti və nüfuzu artırıldıqdan sonra bələdiyyələr bölgənin iqtisadi inkişafında əsas oyunçuya çevrilə bilər: “İcra başçılarının investor dəvət etmək kimi bir səlahiyyəti yoxdur. Səlahiyyət mərkəzi hökumətə və nə qədər qəribə səslənsə də bələdiyyələrə məxsusdur. Sadəcə, bizdə nə qədər qəribə səslənsə də, bələdiyyələr müəssisələr yarada bilmir, xarici tərəfdaşlarla iş qura bilmir. Onların səlahiyyətləri genişləndirilsə, qanunun bu maddələrindən istifadə etmək olar. Bu gün Türkiyə bələdiyyələri birbaşa hüquqi şəxs kimi, iqtisadi oyunçu kimi proseslərdə iştirak edirlər. Həm kredit ala bilirlər, həm müəssisələr açırlar, birgə müəssisələrin yaradılmasında iştirak edirlər, xarici investorları dəvət edib protokollar imzalayırlar. Zaman çoxdan yetişib, yerli idarəetmənin institutsional olaraq dəyişdirilməsinə və yeni idarəetmə formasının Azərbaycanda bərqərar olmasına ehtiyac var. Həbslər və təqiblər heç nəyi həll etməyəcək. Problem şəxslərdə yox, idarəetmənin təməl prinsiplərindədir, onların dəyişdirilməsinə ehtiyac var”
“Yeni Müsavat”