Demokratik TV
Xəbər lenti
Demokratik.Az » Xəbərlər » Ölkə içi » Eldar Həsənovun məhkəməsində qalmaqal – Təcili yardım çağırılıb
Eldar Həsənovun məhkəməsində qalmaqal – Təcili yardım çağırılıb
- 14 sen 2021, 09:50
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş baş prokuror və səfir Eldar Həsənovun vəziyyəti pisləşib. O, məhkəmə zalında ifadə verərkən müvazinətini itirərək yıxılıb.
Hələ məhkəmə iclasının əvvəlində E.Həsənov hakimlərdən xahiş edib ki, onun işinə həftədə bir dəfə baxılsın. “Çünki həftədə iki dəfə DTX-nın istintaq təcridxanasından məhkəməyə aparılıb-gətirilməsinə sağlıq durumum imkan vermir”, - deyə o xahişini əsaslandırıb.
“Bu qədər qanunsuzluq, qəddarlıq olarmı?! Mən dözməyə çalışıram, amma mənim yerimə fələk oğlu fələk də dözməz bu haqsızlıqlara. Mən hər kəsə sözümü çəkinmədən deyən insan olmuşam, kimsənin arxasınca danışmıram. Arzu edərdim ki, istintaqı aparan burada olsun, onun üzünə deyim bunları. Deyirlər ki, danışdıqların prokurorluğun adına xələl gətirir. Mən prokurorluğun yağ-bal içində olduğu vaxtda işləməmişəm, gülləbaran edildiyi, silahlı hücumlar olduğu vaxtda sinəmi qabağa vermişəm", - E.Həsənov şikayətlənib.
Prokuror təqsirləndirilən şəxsin ittihamın mahiyyətindən kənara çıxdığını iddia edib: “Xahiş edirəm, ittihamın mahiyyətindən danışsın”. Bu zaman dövlət ittihamçısıyla Həsənov arasında mübahisə yaranıb. “Mən elə ittihamdan danışıram. Mənə ağıl öyrətməyin. Bundan sonra 40 il lazımdır ki, mənə məsləhət verəsən, başa düşdün? Yerini, həddini bil...”
Bu mübahisədən az sonra Həsənovun durumu pisləşib və o, müvazinətini saxlaya bilməyib. Bu üzdən məhkəməyə təcili yardım çağrılıb.
Bu iş üzrə növbəti məhkəmə iclası sentyabrın 17-nə təyin edilib.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Prezident gözlənilən əfv sərəncamını imzaladı - SİYAHI
İlham Əliyev əfv sərəncamı imzaladı - TAM SİYAHI
İlham Əliyevin mətbuat konfransının TAM MƏTNİ
İlham Əliyev əfv sərəncamı imzaladı - TAM SİYAHI
İLHAM ƏLİYEV onları əfv etdi - TAM SİYAHI
Hərbi qulluqçularımız "ZƏFƏR" və "QARABAĞ" Ordenlərilə təltif edildi - Siyahı
XİN müavinləri Eldar Həsənovu korrupsiya və bacarıqsızlıqda ittiham edib
Teymur Əhmədovun "BUMERANQ"I Əli Həsənovu linç elədi
Kölgələrin knyazı – Eldar Həsənovun hakimiyyət iddiaları (I yazı)
Prezident vəzifəli məmurları darmadağın etdi - VİDEOMÜSAHİBƏ
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti