"TƏBİB"in yarıtmaz rəhbəri Ramin Bayramlı istefa verdi

  • 12 sen 2021, 12:04
Azərbaycan səhiyyəsini ağ günə çıxaracağı ümid edilsə də, qısa zamanda cəmiyýətdə narazılıq formalaşdıran TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı istefa verib.
Demokratik.Az xəbər verir ki, bununla bağlı o, özünün tvitter hesabında da yazıb.
"Artıq TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsindən ayrılmağım üçün ərizə ilə müraciət etmişəm.
İstər 44 günlük haqq savaşımızda, istərsə də, ümumbəşəri bəla sayılan COVİD-19 virusu ilə mübarizədə çiyin-çiyinə çalışdığımız dəyərli məsləkdaşlarıma öz təşəkkürümü bildirir, bu yolda canlarını qurban vermiş həkimlərimizin ruhu qarşısında baş əyirəm. Bundan sonra da Vətənimə və Xalqıma xidmətimi davam etdirəcəyəm". - deyə R.Bayramlı qeyd edib.
Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə R.Bayramlının vəzifəsindən qovulmasına dair xəbərlər yayılmışdı, lakin rəsmi təsdiqini tapmamışdı...

Oxşar xəbərlər