Demokratik TV
Xəbər lenti
Ağcabədidə saxta vaksin sənədi ilə bağlı cinayət işi açılıb
- 02 sen 2021, 15:39
“Ağcabədi rayon mərkəzi xəstəxanası” Publik Hüquqi Şəxsinin Avşar kənd həkim məntəqəsində bəzi şəxslərə “COVID-19” əleyhinə vaksinasiya olunmaları ilə bağlı saxta sənədlərin verilməsi barədə daxil olmuş müraciət əsasında Ağcabədi Rayon Prokurorluğunda araşdırma aparılıb.
Bu barədə Ağcabədi Rayon Prokurorluğundan məlumat verilib.
Araşdırmalarla həmin həkim məntəqəsinin vəzifəli şəxsləri tərəfindən ölkə daxilində və xaricində yaşayan bir neçə şəxsə “COVID-19” əleyhinə vaksin vurulmadığı halda onların I və II doza vaksin olunmaları ilə bağlı tibbi sənədlərin tərtib edilməsi müəyyən edilib.
Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
"Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilməsi məqsədilə intensiv istintaq hərəkətləri davam etdirilir", - prokurorluqdan bildirilib.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Nazim İbrahimovun qardaşı olan şirkət rəhbəri həbs edildi
İcra başçısının nümayəndəsi barəsində cinayət işi açılıb
Nazim İbrahimovun qardaşı məhkəmə qarşısına çıxarılır
Daha 6 rayonda vəzifəli şəxslər barəsində cinayət işi başlanıldı
Ağcabədidə tank əleyhinə minanın partladıcısı tapılıb
7 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının rüşvətxor sədri yaxalandı
Komitədən Hadı Rəcəblinin otelindəki təcavüzlə bağlı AÇIQLAMA
GÜNDƏM MƏHKƏMƏ İŞİ! Beyləqanın sabiq təhsil şefi "korrupsiya işi"ndən necə sıyrılır?
DİQQƏT! Bu şəxslərə ikinci doza vaksin vurulmamalıdır
Yusif İldırımzadənin qaynı qətlə yetirilib?
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti