Demokratik TV
Xəbər lenti
Yoluxan zaman bu dərmanların qəbulu ölümə səbəb ola bilər
- 02 sen 2021, 10:03
Koronavirusun ilkin mərhələsində bəzi dərmanların və antibiotiklərin istifadəsi ölümə səbəb ola bilər.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov Trend-ə bildirib ki, insanların təşviş və qorxu içərisində koronavirusa yaxalandıqları dəqiqədən etibarən ətrafdan tibbi yardım istəyərək tibb bacıları, bəzən həkimlər tərəfindən ilk gündən evlərdə başlayan, klinik protokollarda olmayan antibiotiklər, xüsusən Deksametazon, metipred və Prednol-L kimi hormonal dərmanlarla müalicəsi yolverilməzdir:
“Reanimasiyalarda istifadə olunan və ikincili infeksiyalara uyğun şəkildə tətbiq olunan bu dərman və antibiotiklərin erkən dövrdə evlərdə istifadə edilməsi keçici bir müddət yaxşılaşma hissi verdikdən sonra xəstəliyin 5-ci, 6-cı günlərində sürətli ağırlaşma ilə birlikdə nəzarətdən çıxan və bəzən müalicəsi mümkün olmayan bir problemə çevrilməsinə səbəb ola bilər.
Eləcə də antibiotiklərin erkən mərhələdə istifadəsi virusla mübarizədə bədənin immun sisteminin formalaşmasına ciddi zərbə vuraraq super-infeksiyaların əmələ gəlməsinə, xüsusilə antibiotiklərə müqavimətli, çox təhlükəli, bəzən müalicəsi mümkün olmayan və koronavirusdan daha çox ölümlərin səbəbi olan bakteriyaların yaranmasına gətirib çıxara bilər.
Evlərdə xəstəliyin ilk günlərində təşviş içərisində qeyd olunan dərmanların və antibiotiklərin bədənə vurulması tibbi nöqteyi-nəzərdən çox səhv bir addımdır”.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Həkim deputat koronavirusdan sağaldı və xüsusi məsləhətlər verdi
Baş infeksionist əhaliyə müraciət edib
Koronavirusla bağlı Azərbaycansayağı ən populyar 10 ŞAYİƏ
Tramp koronavirusa qarşı iki dərmanın adını çəkdi
Adil Qeybulla ÜST-ə məktub yazdı: Koronanın dərmanı budur
TƏBİB uşaqların koronavirusa yoluxma xəbərinə REAKSİYA verdi
Qulaqlıqla 3 saatdan çox mahnı dinləmək olmaz
Həyəcan, stress və soyuq su ... - XƏBƏRDARLIQ
Milli Məclisin 16 deputatına xidməti avtomobil veriləcək- SİYAHI
Belarus Prezidenti: "koronavirusdan heç kim ölməyəcək"
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti