Demokratik TV
Kəlbəcərin icra başçısı Azər Qocayevə cinayət işi açılıb - VİDEO
Kəlbəcər rayon icra hakimiyyətinin başçısı Azər Qocayevə cinayət işi açılıb. Kəlbəcər rayon Prokurorluğunun icraatında olmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311-ci (passiv rüşvətxorluq), eləcə də AR CM-nin 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə ibtidai araşdırma üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyatı üzrə Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin icraatına qəbul edilib. Hazırda iş üzrə zəruri istintaq və hüquqi tədbirlər davam etdirilir.
“Demokratik.Az”-ın bu barədə əldə etdiyi məlumatda bildirilir ki, Azər Qocayev bu ilin iyununda məzuniyyətə çıxarkən vəzifəsindən sui-istifadə etməklə rayonun Təhsil Şöbəsinin müdir əvəzi İsmayıl Məmmədovun vasitəçiliyilə məktəb direktorlarından rüşvət tələb edərək alıb. İcra başşçısı Kəlbəcər RTŞ-nin tabeliyindəki 5, 9, 10, 22, 55, 58, 98, 109, 115 saylı və digər məktəb direktorlarının hər birindən 500 manat rüşvət alması məktəb direktorlarının izahatlarında və digər sübutlarla öz əksini tapıb.
Mötəbər mənbəmizin bildirdiyinə görə, icra başçısı özünün əməlini ört-bas etmək və məsuliyyətdən sıyrılmaq üçün bir neçə cəhdlər edib. Belə ki, Kəlbəcər TŞ-nin müdiri vəzifəsini müvəqqəti icra edən İsmayıl Məmmədovun prokurorluğa izahatından dərhal sonra vəzifəsindən uzaqlaşdırılması və sabiq deputat, ADDY QSC-nin sədri Cavid Qurbanovun Azər Qocayevin müdafiəsinə qalxışması da məlum cinayət işinin yumşaldılmasına aşkar cəhdlər kimi görünür.
“Demokratik.Az”-a daxil olan məlumatda o da bildirilir ki, Azər Qocayev bir müddət əvvəl Kəlbəcər İHB-yə məxsus ianə fondunu ləğv edib. İddia edilir ki, buna səbəb həmin fonda yığılan küllü miqdarda maddi vəsaitin məhz Azər Qocayev tərəfindən qeyri səmərəli şəkildə xərclənərək talanması, pulların mənimsənilməsidir. İddia edilir ki, həmin fakt üzrə də prokurorluqda ciddi araşdırmalar aparılır.
Rüşvət almaqda ittiham olunan gənc icra başçısının cəzalandırılmasını və vəzifəsindən uzaqlaşdırılmasını arzulayan Kəlbəcərlilər bildirirlər ki, Azər Qocayev rayonun idarəçilik taleyinə yazılan növbəti“ kadrdır ki, ixtisasca “montyor”dur. Mənfi reputasiyaya malik gənc icra başçısı müəyyən parametrlərinə və idarəçilik qabiliyyətlərinə görə “AXC-Müsavat” hakimiyyəti illərində (1992-93) Kəlbəcər rayonuna rəhbərlik etmiş sələfi, hazırda Almaniyanın Frankfurt şəhərində mühacir həyatı yaşayan İlham Həsənlə “siyam ekizləri” sayıla bilər.
Kəlbəcərlilər digər sabiq icra başçısı Əvəz Şükürovun milli məclisdəki məşhur çıxışı xatırlayaraq Azər Qocayevin tutduğu kürsüyə layiq olmadığını, bir kadr kimi öz hamisi Cavid Qurbanov tərəfindən ölkə rəhbərliyinə sırındığını da hesab edirlər. Belə anlaşılır ki, tarix zamanın gərdişilə təkrarlanıb, Kəlbəcər rayonu 30 il sonra daha bir montyorun nazını çəkməli olub...
Demokratik.Az

Redaksiyadan: "Montyor" ixtisasına sahib olmaq Azər Qocayevə eyib sayılacaq hal deyil. Lakin, eyib o ki, onu vəzifəyə təyin etmiş prezident cənab İlham Əliyev ölkədə tuğyan edən korrupsiya və rüşvətxorluğa qarşı mübarizə apardığı həssas bir dönəmdə etimada dönük çıxıb məktəb direktorlarından rüşvət alasan...
Demokratik.Az