Xoylu sakinləri yeni SSİ rəisini kənddən qovdu - Fotolar

  • 20 avq 2021, 18:35
Goranboy rayonunda əkin sahələrinin suvarılmasında müşahidə edilən problemlər hələ də öz həllini tapmır. Yerli sakinlərin "Demokratik.Az"-a verdiyi məlumata görə, Goranboy SSİ-nin yeni rəisi İlqar Məhərrəmov bugün bir neçə kənddə vətəndaşların şikayətini dinləyib. Reyd zamanı maraqlı anlar və xaos yaşanıb. Eləcə də, susuzluqdan əziyyət çəkən Xoylu sakinləri şikayət əsnasında onlara qeyri-məntiqi cavablar verən İlqar Məhərrəmovu kənddən qovublar, onu və digərlərini yarıtmaz fəaliyyətdə və laqeyidlikdə ittiham ediblər.
Xatırladaq ki, Xoylu kəndi suvarılmadan ən çox əziyyət çəkən kəndlərdəndir. Sakinlər dəfələrlə iddia ediblər ki, kəndə məxsus artezianlar bir neçə şəxs tərəfindən "işğal" edilib, kəndin torpaqları susuz qalıb.
Bir müddət əvvəl isə sabiq SSİ rəisi Gündüz Bağırov nöqsanlı fəaliyyətinə görə tutduğu vəzifəsindən azad edilib. Onun yerinə mediada adı yarıtmaz meliorator kimi hallanan Göygöl SSİ-nin sabiq rəisi İlqar Məhərrəmov təyin edilib.

Demokratik.Az

Oxşar xəbərlər