Jurnalist Prokurorluğa çağırıldı - Korrupsioner melioratora "cinayət işi" açılacaqmı?

  • 05 avq 2021, 10:16
"Demokratik.Az" saytının rəhbəri, jurnalist Osman Nərimanoğlu Göygöl rayon Prokurorluğuna dəvət olunub. Rayon prokurorluğunun köməkçisi dəvətində jurnalistə bildirib ki, Baş Prokurorluğun göstərişilə Göygöl Suvarma Sistemləri İdarəsinin sabiq rəisi İlqar Məhərrəmovun işində yol vermiş olduğu bəzi nöqsanlar və jurnalistin imzası ilə yayımlanan "Göygöl SSİ TENDER kələyində də boğulur - "EMV GROUP"u Rafiq Aslanovla nə bağlayır?" sərlövhəli xəbərdəki məlumatlar araşdırılır.

Xatırladaq ki, prokurorluğun diqqətini çəkən xəbərdə Göygöl Suvarma Sistemləri İdarəsinin cari il üzrə həyata keçirdiyi tender maxinasiyalarından bəhs edilib. "Demokratik.Az" saytında yer alan məlumatda bildirilirdi ki, "EMV GROUP" adlı şirkət Göygöl SSİ-nin elan etdiyi "kanalların lildən təmizlənməsi üzrə" 135 min manatlıq, Göygöl rayonu Üçtəpə kəndi ərazisindən keçən "Xan Arx" su kanalının təmirində tikinti materiallarının təminatı üzrə 284 min manatlıq tenderlərin qalibi olub və tenderin keçirilməsində qaranlıq məqamlara rast gəlinir. Bundan başqa, Göygöl Suvarma Sistemləri idarəsinin rəisi "GRAND MOTORS"-da saxlanılan "ST-22" markalı buldozerin təmiri adı ilə ayrılan 17 min manatlıq pul vəsaiti üzrə tender elan edərək texnikanın markasını tender sənədləşdirmələrində saxtalaşdırılaraq "ST-20" kimi göstərib. Hansı ki, sözügedən idarədə ümumiyyətlə "ST-20" markalı buldozerin olmadığı bildirilib. Bundan başqa, xəbərdə "Meliorasiya və Su Təsərrüfatı ASC"-nin sədr müavini Rafiq Aslanov da tənqid edilib.

İnanırıq ki, rayon prokurorluq orqanı yazılanları ciddi araşdıracaq.
Jurnalistin Göygöl rayonuna izahat üçün çağırılması isə şifahi həyata keçirilib. Osman Nərimanoğlu yaxın saatlarda ictimaiyyətə daha geniş məlumat verəcəyini bildirib.

Demokratik.Az
Oxşar xəbərlər