Goranboy sakini susuzluqdan şikayətçidir - VİDEOMÜRACİƏT

  • 31 iyul 2021, 16:15
Goranboy rayonunun Xoylu kənd sakini Nəbiyev Kərim ismayil oğlu əkin sahəsinin suvarılmasından əziyyət çəkir. 
"Demokratik.Az"-ın məlumatına görə, kənd sakini hektarlarla sahəyə qarğıdalı əkməyinə peşiman olub, o, rayonun Suvarma Sistemləri İdarəsinin və digər şəxslərin fəaliyyətindən. Şikayətçinin sözlərindən aydın olur ki, Xoyluda süni suvarılma problemləri yaradan və su potensialını monopliya edənlər var. Kərim Nəbiyevin sözlərinə görə, suvarma üçün vətəndaşlardan hər hektara görə 50 manat rüşvət alırlar, özü isə hətta 25 manata "su monoplistləri"ni razı sala bilmir. Yerli məmurlar isə vətəndaş müraciətlərini vecə almır, telefonları qaldırmır, oxşar sosial problemlər kimsəni maraqlandırmır. Gündüz Bağırov isə yalançı asosiasiya yaradaraq problemi manipulyasiya edir.
"Demokratik.Az" xatırladır ki, sözügedən kənddə 10 artezian var. Lakin, Meliorasiya və Su təsərrüfatı ASC-nin balansında olmaqla elektrik məsrəfləri də dövlət vəsaiti hesabına ödənilən həmin kənd artezianları rayonun sabiq subartezian idarəsinin rəisi Akif İbrahimov tərəfindən inhisara alınıb. Kəndin xeyli əkin sahələri də Xoyluda yaşayan Akif İbrahimov və qohumları tərəfindən "işğala" alınıb. Dəfələrlə problem qabardılsa da, Xoyluda yaşayan sadə vətəndaşların suvarma problemi yerli icra strukturları və Meliorasiya ASC-nin başbilənləri tərəfindən həll edilmir.
Görünür, şikayətçi Kərim Nəbiyev də öz şikayətində sətiraltı olaraq məhz bu problemə, həmin "su sahibləri"nə də eyham edir.

Demokratik.Az

Oxşar xəbərlər