Milli Məclis polis əməkdaşını döyən deputata görə toplanır - Qərar nə olacaq?

  • 30 iyul 2021, 20:00
Milli Məclis deputatın polisi döyməsi məsələsinə görə toplanır.
Milli Məclisin avqustun 3-nə növbədənkənar iclası çağırılıb.
Bu barədə deputatlar məlumatlandırılıb.
İclasda bir neçə gündür müzakirə olunan məsələ- deputat Eldəniz Səlimovun polis əməkdaşının döyməsi hadisəsi müzakirə olunacaq.
Xatırladaq ki, daha əvvəl də deputat vəsiqəsini girov qoyan Rafael Cəbrayılovla bağlı Milli Məclis toplanmışdı. Milli Məclis Rafael Cəbrayılovun deputat səlahiyyətlərinə xitam verilməsi ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət ünvanlamışdı.
Musavat.com bildirir ki, növdənkənar iclasın çağırılması üçün minimum 51 deputatın imzası lazımdır./musavat.com/
Oxşar xəbərlər