Abşeron Sukanal İdarəsinin rəis müavini xanım işçilərə qarşı həddini NİYƏ aşıb?

  • 30 iyul 2021, 16:03
“Azərsu” ASC-nin Abşeron rayon Sukanal İdarəsində qalmaqal yaşanıb. Abşeron rayon SuKanal İdarəsinin Ulduz və Kəmalə adlı xanım əməkdaşları idarənin rəis müavini Rəşad Həsənov tərəfindən mənəvi təzyiqə və təhqirə məruz qalıb.
Demokratik.Az bildirir ki, bu barədə məlumatı kaim.az saytı yayıb. Sayt qeyd edib ki, Rəşad Həsənovun xanım əməkdaşlara qarşı qeyri-etik hərəkətləri nəticəsində adıçəkilənlər psixoloji travmanın təsirindən huşlarını itiriblər. Hadisə yerinə Abşeron rayon Təcili və Təxirə Salınmaz Tibbi Xidmət idarəsinin işçiləri cəlb olunub və xanımlara tibbi yardım göstərilib.

Məlumatda o da bildirilir ki, Rəşad Həsənov “Azərsu” ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən Köçərli Həsənovun yaxın qohumudur.

İddiaya görə tərəflər arasındakı davanın səbəbi işçilərin maaşlarının hər ay kəsilməsi, işçilərin şənbə və bazar günlərində də işə cəlb edilərək istirahətdən məhrum edilmələridir. Bildirilir ki, Abşeron rayon Sukanal İdarəsində müşahidə edilən bir sıra özbaşınalıqlara, maxinasiyalara idarənin rəis müavini Rəşad Həsənov nəzarət edir.
(qarşı tərəfin söz haqqına sayğılarla...)
Demokratik.Az
Oxşar xəbərlər