Demokratik TV
Xəbər lenti
Demokratik.Az » Xəbərlər » Ölkə içi » Ramiz Mehdiyev qızının adına özəlləşdirdiyi uşaq bağçasını dağıtdırıb
Ramiz Mehdiyev qızının adına özəlləşdirdiyi uşaq bağçasını dağıtdırıb
- 12 sen 2020, 12:48
Xızının rayon mərkəzində yerləşən uşaq bağçasını 1992-ci ildə tikdirmişdik. Nazirlər Kabinetindən bunun üçün razılıq aldıq və maliyyə köçürüldükdən sonra bağçanı tikdirdik. O zaman Baş nazir Həsən Həsənovla görüşərək işçi ştatını da həll etdik və 21 nəfəri işə götürdük. Bağçanın həyəti 20 sotdan az deyildi”.
Bunu Yeni Azərbaycan Partiyasının (YAP) qurucularından olan Maksim Musayev Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Xızıda yerləşən uşaq bağçasını ələ keçirməsindən danışarkən Reyting.az-a deyib.
Xızının sabiq icra başçısı əlavə edib ki, sözügedən bağça sonradan Ramiz Mehdiyevin qızının adına özəlləşdirilib: “İndi həmin bağçanı söküblər. Bir növ xarabalığı xatırladır. Bilinmir ki, burada nə tikdirmək istəyirlər”.
M. Musayevin sözlərinə görə, R. Mehdiyevin ələ keçirdiyi uşaq bağçası daima fəaliyyət göstərib: “Ramiz Mehdiyev Xızıya gələndə rayonun mərkəzində yerləşən və uşaqlara xidmət göstərən bağçanın ərazisindən xoşu gəlib. Bundan sonra həmin bağçanı Ramiz Mehdiyevin qızının adına özəlləşdiriblər. Sonradan bağça sökülüb, bilinmir ki, nə tikiləcək. Söküntü vaxtı indiki icra başçısı Xəzər Aslanov materialları aparıb özünə villa tikdirib. Görün, necə faşistsayağı addımdır. Hazırda bağça yoxdur, sökülüb və xarabalığı xatırladır”. //reyting.az//

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Ramiz Mehdiyevin ölüm xəbəri yayıldı - AMEA "şaiyədir" - dedi
Ramiz Mehdiyevin daha iki vəzifədən kənarlaşdırılması RƏSMİLƏŞƏCƏK
Əbdürrəhman Vəzirov Ramiz Mehdiyevdən DANIŞDI
Ramiz Mehdiyevin nəvəsinin toyu oldu - NOVXANIDA + VİDEO
"Ramiz Mehdiyev iylənə-iylənə gəzir... O həbs olunmalıdır, yoxsa..!"
“Ramiz Mehdiyev və Əli Həsənov həbs olunmalıdır” – Agentlik rəhbəri
Ramiz Mehdiyevin ölüm xəbəri yalandır - AÇIQLAMA
AMEA açıqlama yaydı - Mehdiyevin səhhətində hansı problem var?
RAMİZ MEHDİYEV KARANTİNİ GÖYÇAYDA KEÇİRİR
Siyavuş Novruzov Ramiz Mehdiyevi "baqaj"a qoydu: "Bizi aldadıb!"
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti