Demokratik TV
Xəbər lenti
Demokratik.Az » Xəbərlər » Ölkə içi » Generalın qardaşını intihara kim məcbur edib? - "Bizim hamımız üçün əsl şok oldu..."
Generalın qardaşını intihara kim məcbur edib? - "Bizim hamımız üçün əsl şok oldu..."
- 11 iyul 2021, 21:39
İyulun 9-da Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi, Rahib Mirzəyevin özünü xidməti silahı ilə ürək nahiyəsindən 1 dəfə atəş açmaqla öldürməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.Cinayət işi üzrə istintaq Baş Prokurorluğun İstintaq İdarəsində aparılır. Hazırda iş üzrə istintaq davam edir.
Virtualaz.org polkovnik-leytenant Rahib Mirzəyevin intiharının mümkün səbəblərini öyrənmək üçün onu yaxından tanıyan bəzi adamlarla söhbətləşib. Onların hamısı Mirzəyevi dürüst, təvazökar və layiqli zabit kimi xarakterizə ediblər. Yaxın tanışlarından biri belə deyib: “Mən bir neçə gün əvvəl Rahibi təsadüfən küçədə görmüşdüm. Əhvalı yaxşı idi, sağlam görünürdü və heç bir borcu, xidmətdə heç bir problemi yox idi. Rahib nümunəvi ailə başçısı idi, onun iki övladı - bir oğlu və bir qızı var. Bu intihar, əlbəttə ki, doğrudan da intihar edibsə, bizim hamımız üçün əsl şok oldu”.
Virtualaz.org-un əməkdaşı mərhumun yas məclisində də olub. Orada toplaşan polis bölməsi rəisinin yaxın tanışları, qohumlarından bir neçəsi ilə söhbətləşib. Onların hamısı faciə barədə anlaşılmazlıq içərisində olublar. Heç kim zabitin nədən intihar etdiyini bilmir...
Qeyd edək ki, Rahib Mirzəyev polis general-mayoru Sahib Mirzəyevin qardaşıdır. S. Mirzəyev hazırda təqaüddədir.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Generalın rəis qardaşı bu səbəbdən özünü GÜLLƏLƏYİBMİŞ
İntihar edən Suzannaya görə əri həbs olundu - Rəsmi
Mövlud niyə intihar edib? –Prokurorluq açıqlama yaydı
Bakıda polis rəisinin oğlu intihar etdi
Kamran Əliyev onlara vəzifə verdi - TƏYİNATLARDAKI ADLAR
Balakəndə intihar hadisəsi baş verdi
General Rövşən Əkbərov iyulun 16-da azadlığa çıxacaq
Rövşən Əkbərovun ev dustaqlığına çıxmaq istəyi rədd edildi
Şəmkirdəki intiharın təfərrüatları məlum olub
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti