Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı Azərbaycana gəldi

  • 05 iyul 2021, 19:13
Türkiyə Respublikasının Hərbi Hava Qüvvələri (HHQ) komandanı ordu generalı Hasan Küçükakyüzün rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 5-də Azərbaycana işgüzar səfərə gəlib.
Bu barədə Demokratik.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Səfər çərçivəsində Azərbaycan ilə Türkiyə HHQ-ləri arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılacaq, əlaqələrin genişləndirilməsi imkanları nəzərdən keçiriləcək.
Oxşar xəbərlər