Demokratik TV
Paytaxtı Kürdəmirə köçürək, zəlzələ olacaq" - Partiya sədri
Abutalib Səmədov: “Baş verəcək zəlzələ bizi hazırlıqsız yaxalamamalıdır”

Yeni tikilən binaların hamısı güclü zəlzələyə-Abşeron 8 ballıq seysmik zona sayılır, ona qarşı dayanıqlıdırmı?
Zəlzələnin baş verəcəyi təqdirdə xilasetmə dəstələrinin, yanğınsöndürənlərin, təcili yardım maşınlarının yaşayış ərazilərində sərbəst fəaliyyəti mümkün olacaqmı?
Bütün rayonlar üzrə toplanma meydanları müəyyənləşibmi və bu barədə məlumatlandırma işi aparılıbmı?
Çox təəssüf ki, bu suallara tərəddüd etmədən müsbət cavab vermək mümkün deyil.
Ona görə də bu işə cavabdeh olan qurumlar vaxt itirmədən mövcud nöqsanları aradan qaldırmaq üçün ciddi fəaliyyətə başlamalıdırlar. Baş verəcək zəlzələ bizi hazırlıqsız yaxalamamalıdır".
A.Səmədov paytaxtın köçürülməsi ilə bağlı bir zamanlar verdiyi təklifin aktuallığını qoruduğunu da bildirib: “Əhalinin paytaxta axışması nəticəsində Bakı çox yüklənib. Bu səbəbdən tıxacların aradan qaldırılması məqsədilə görülən işlər nəticə vermir.
Ona görə də vaxt itirmədən paytaxtın ölkənin mərkəzinə, seysmik cəhətdən ən təhlükəsiz yerə-Kürdəmir və ətraf rayonlardan ayrılan ərazidə salınan yeni şəhərə köçürülməsi üçün işlər başlamalıdır"./musavat.com/
